adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İMKANLARIMDAN QORXAN ARZULARIM...

FƏRİDƏ RƏHİMLİ
67779 | 2013-04-13 08:56
Qorxufilmlərindəki kadrlardı sanki internet səhifəsində gördüklərim. Aclıqdanqabırğaları tək - tək sayıla bilən, büzdüm sümüyünə qədər bədənində bir tikəəti qalmayan afrikalı körpələr... Bu uşaqların necə ayaq üstə dayana, yeriyəbildikləri təəccüblüdü... Ehtiyatsızlıqdanyerə dağılmış suyun nəmini torpaq üzərindən yalayan afrikalı kişi. Skeletgörkəmli körpəsini bağrına basaraq nəfəsi gəlib - gəlmədiyini tez-tez yoxlayanümidsiz afrikalı qadın. Yeriməyə taqəti olmayan gözlərinə milçəklər darışmışafrikalı qoca. Yəqin ki, çoxlarınız şahidi olub bu görüntülərin. İnsanlarınbir-birinə qarşı laqeydləşdiyi dövrümüzdə bəzilərinin bu görüntüyə baxarkəntükü də tərpənmədiyinə inanıram. Filmə baxırmış kimi, ekranı söndürüb vəekranın qaralmağıyla yaddan çıxan bu görüntülərdəki dəhşətlərin fərqinəvarmayıb...

Gündə neçədəfə su kranını açıramsa, keçirdiyim hisslər təkrar olunur. İnternetsəhifələrində gördüyüm şəkillər gözlərimin qarşısından çəkilmir. Ən qəddarinsanın da ürəyini bir az yumşalda biləcək fotolar. Yuxa ürəkliləri param -parça edən görüntülər... XXl əsrdə aclıqdan ölən bu insanların daha böyükarzusu olan su həsrətini xatırlayıram qarşımda axan suya baxarkən...

Özümüzə aidkifayət qədər poblemləri qoyub, Afrika haqda düşünməyim çoxlarına məntiqsizgörünür. Ancaq bu insanlıq halıdı və mənə elə gəlir ki, bu düşüncələrçoxlarının rahatlığını pozan mövzudu.

Etirazlar, narazılıqlar olsa da, bizim bugünküyaşayış tərzimizə Afrika ölkələrininəhalisi ancaq həsəd apara bilər. Əlbəttə, Afrika kimi həddən artıq kasıb birölkənin bizim ölkəmizlə müqayisəsi belə, mümkünsüzdü. Bu müqayisə bizim dahayaxşı yaşamaq, qanunla bizə aid olanlara sahib çıxmaq kimi istəklərimizin əksikimi dəyərləndirilməsin. Məqsədim tamam başqadır.

Adi həyat tərzimizi, gündəlik məişətimizi gözönünə gətirsək, Allahın bizə verdiyi nemətlərə necə naxələf çıxdığımızın şahidiolarıq. Yaradan lütf edib bağışladığını qənaətlə, israfsız, qədrini bilə - biləxərcləməyi tövsiyə edir. Və müqəddəs kitabımızda da dəfələrlə Onun israfçılığı,israfçıları sevmədiyi vurğulanır. Amma buna əməl edirikmi? Dəfələrlə yolkənarında, binaların ümumi hissələrində suyu gecə - gündüz şırhaşır axankrantları görmüş olarsınız. Zibil qutularının yanında sellofon torbalarda biraz kəsilib, bərkdi deyə atılan, çörəkləri də həmçinin. Bir anlıq zibilqutularındakıların dörddə bir hissəsini təşkil edən atdığımız çörəkləri vəşəkildəki XXl əsrdə aclıqdan skeletə dönmüş afrikalı uşağı təsəvvür edin. Biranlıq o uşaqları zibil qutularımızın yanında təsəvvür edin. Qutudakı çörəklərinecə acgözlüklə təpişdirdiklərini təsəvvür edə bildinizmi! Mən təsəvvür edirəmvə bu mənzərədən ürəyim ağrıyır.

Gecə-gündüz axıb itkiyə gedən sularımızı vənəm torpağı yalayan afrikalı kişini müqayisə edin. O kişi burada yaşamalı olsa,ömrü açıq krantları bağlamaqla keçər...

Bircə gün,yaxud bir neçə saat su olmasa, evdə aləm bir-birinə dəyir. Bir neçə saat! Buhələ əl - ayağa işlətmək üçün lazım olan sudu. Amma təsəvvür edin ki, insanlargünlərlə içməyə su tapmırlar. İnsan haqlarının müdafiəçisi olduğunu, demokratikliyinidünyaya car çəkən Amerika isə bunlardan xəbəri yoxmuş kimi davranır. Mənsiyasətdən uzaq adamam. Amma Ermənistanı silahla təmin edən Rusiya, Şərqölkələrini bir-birinə qarşı çevirmək üçün aranı qarışdırıb hər iki tərəfi dəsilahlandıran Amerika bu insan ölümlərinə səbəb olan addımlarındansa,Afrikadakı acların, susuzların problemlərini həll edə bilər.

ÇarlzBukovskidən bir replika: Afrikaya yardım dərman göndərmək istədim. Ammahamısının üzərinə "yeməkdən sonra" yazılmışdı...

Yer üzününinsanları bir-birinə dəstək, dayaq olmaqdan uzaqlaşıblar artıq. Bu sahədəmaraqlar azalıb, həvəslər tükənib. Hərdən edilən köməkliklər də dünyaya"lənət olsun içimdəki insanlğa!" ifadəsiylə, saxtakar siyasətçilərin"insanpərvərliklərini" sübut etmək artistliyindən irəli gəlir.

Şagirdvaxtlarımın xatirələrindən biri də "Vyetnama yardım" adı altındatopladığımız ianələri ilə bağlıdı. Çox həvəslə, içimizdən birimizə yardımedirmişik kimi ürəklə qoşulurduq bu kampaniyaya. O vaxt Vyetnamlıların ehtiyacıolanlar bu gün inkişaf etmiş, qloballaşmış dünyanın gözü qarşısında ölü canlaraçevrilmiş afrikalıların ehtiyacı qədər sadə deyildi bəlkə də: quru çörək vəsuya olan ehtiyac!

Kaş nəsə əlimdən gəlsəydi!.. Yeməkdən doyubçəkilərkən, suyu başıma çəkib sərinləyərkən o "skeletlər" məni rahatburaxsaydı!..

Bu böyükarzudu. Amma arzularım imkanlarımdan qorxur, çox qorxur!!!

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV