adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Sentyabr 2018 19:53
13248
SİYASƏT
A- A+

Zaxarovadan Qarabağla bağlı açıqlama

Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır.

Reportxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Biz müxtəlif ölkələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı verilən bəyanat və açıqlamaları təhlil edirik. Rusiyanın mövqeyi dəyişməzdir. Bölgənin yekun statusu siyasi-diplomatik yollarla təyin olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılıq əldə etmələri üçün tərəflərə vasitəçilik dəstəyini göstərəcək", - o qeyd edib.

M.Zaxarova deyib ki, tərəflər də irəliləyişə nail olmaq üçün müvafiq ab-hava yaratmalıdırlar.