ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

3981    |   2018-09-13 19:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl İsrailin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı” imzalanıb.

İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Z.Həsənov Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Xalqlarımız arasında mövcud olan tarixi kökləri və əlaqələri yüksək dəyərləndirən A.Liberman ölkələrimiz arasında münasibətlərin hazırkı məmnunluğunu bildirərək bu cür görüşlərin keçirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



İmza:

Bahar Muradova: “Belarus səfəri Prezidentin növbəti uğurudur”

Əli Əhmədov: "Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır"

Zakir Həsənov: "Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü..."

Əliyevlə Lukaşenkodan dünyaya Qarabağ mesajı

Çavuşoğlu: 84 şəxsin adı Pompeo və Boltona verildi

Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

“Ermənilər Şahbaz və Dilqəmlə bağlı real iradə göstərməlidirlər” - Zahid Oruc

Türkiyəli deputat NATO PA-nın vitse-prezidenti seçilib

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK