Sumqayıtda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub
Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.
Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
28 Mart 2024 16:46
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46Qazaxda kişi tanışını bacısının gözləri qarşısında qətlə yetiribmiş
27 Mart 2024 11:16Abşeronda yük maşını qaçırıldı
27 Mart 2024 10:07