adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Sentyabr 2018 18:56
13254
ELM VƏ TƏHSİL
A- A+

Kamal Abdulla Nardaranda mühazirə oxuyacaq

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Nardaranda şagirdlərə mühazirə oxuyacaq.

Adalet.az xəbər verir ki, onun mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbdir. Yaxın gələcəkdə reallaşacaq bir neçə proyektin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 saylı orta məktəb həm maddi texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib.

Akademik Kamal Abdullanın mühazirəsi "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaq.

Qeyd edək ki, akademik artıq bir neçə ildir ki, 15 sentyabr Bilik Günündə müxtəlif məktəblərdə şagirdlərə məruzə oxuyur.