adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Sentyabr 2018 18:29
14388
İQTİSADİYYAT
A- A+

Türkiyədə 15 ilin rekordu - Uçot dərəcəsi artırıldı

Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib.

AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, son 15 ildə ən yüksək uçot dərəcəsidir. Ekspert əlavə edib ki, Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb:

"Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişib. Uçot dərəcəsinin kəskin artımı lirəni qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, "İphone” telefonlarından imtina etməklə bu defisiti qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətlərin normallaşdırılması çox vacibdir. Əks halda uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".