adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GÜN İŞIĞI

FAİQ QİSMƏTOĞLU
43233 | 2013-04-13 08:55

...Axşamdan beynində dolandırdığı fikirlərSübhana rahatlıq vermirdi. Bir istədi durub həyətə düşsün və havasını dəyişsin.Adətən belə vaxtlarda o həyətə düşər və güllərin, çiçəklərin ətrini doyuncaciyərlərinə çəkərdi. Sonra da dərindən nəfəs alar və "oxxay" deyibrahatlaşardı. O havanı udanda, o gülü-çiçəyi iyləyəndə elə bilərdi ki, anadantəzə doğulub!..

Bu dəfə nəhəyətə düşmək istədi, nə də o gülü-çiçəyi iyləmək fikrinə düşdü. Başınıəllərinin arasına aldı və diqqətlə pəncərədən bayıra baxdı. Fikirləşirdi ki,görəsən, düşdüyü çətin vəziyyətdən onu kim çıxara biləcək və ona kim arxaduracaq?! Hələ ki, belə bir ümid yeri yoxuydu. Borcun sahibi səhər açılandagəlib pulları yenidən istəyəcəkdi! Bu pulu da Sübhan düzəldə bilməmişdi. Qanı oqədər qaraydı ki, axşam saat 2-nin yarısı olsa da, gözlərinə yuxu gəlmirdi. Birdaha dərindən düşünməli oldu; nə qədər düşünsə də, çıxış yolu tapa bilmədi ki,bilmədi! Elə bu fikirlə də divana yaxınlaşıb orda uzandıg

gYerində o tərəf-bu tərəfə qurcalandı. Sanki divandauzanmamışdı, tikanlı məftillərin üstündə yatmışdı! Heç buna yatmaqda deməkolmazdı; çünki gözünə səhərə qədər bir dəqiqə də yuxu gəlmədi! Səhəri dirigözlü açdı. Ayağa qalxıb mətbəxə keçdi.İstədi çaydanı qaynadıb çay dəmləsin və bir stəkan çay içsin. Elə çaydanı suilə doldurub qaz plitəsinin üstünə qoydu! Çaydan cızıldamağa və yavaş-yavaş"oxumağa" başladı. Bir neçə dəqiqədən sonra qaz plitəsinin üstündəkiçaydan qaynadı. O, çayniki yaxalayıb içərisinə quru çay tökdü. Üstünə qaynar suəlavə elədi. Yenidən çayniki qaz plitəsinin üstünə qoyduğu dəmirin üzərinəqoydu. Bir neçə dəqiqədən sonra çay dəm aldı! Çayı armudu stəkana süzüb stolunüstünə qoydu. Və istədi bir qurtum o çaydan içsin. Bir qurtum o çaydan içdi vəday boğazından heç nə keçmədi!

Uşaqları vəhəyat yoldaşı o biri otaqda yatmışdılar. O, heç dərdini nə ailəsinə bildirərdi,nə də uşaqlarına! Elə hər şeyi içinə atıb özüylə danışardı. Onu son vaxtlar kimgörürdüsə, bikef, qanıqara və fikirli görürdü. Hətta yaxınları soruşurdu:

- Sübhan,sənə bir şey-zad olmayıb ki?! Səni həmişə axır vaxtlar çox qanıqara görürükg

Sübhan isəbaşını qaldırıb yorğun-yorğun onlara baxır vədeyirdi:

- Heç nəolmayıb! Bir balaca çətinliyim var, Allah qoysa tezliklə o çətinlikdənçıxacağamg

Sübhanın evtikmək üçün Cəmşiddən aldığı 20 min manat pulun bu gün qaytarılması vaxtı idi.Əgər Sübhan bu pulu vaxtında qaytarmasaydı, onun üstünə əlavə pul gələcəydi vəüstəlik də evdə girovluqda qalacaqdı!

gQapıdöyüləndə oturduğu yerdən dik qalxdı! Qapı yenə bir neçə dəfə döyüldü. O,istəmədi ki, qapını kimsə yenidən möhkəm döysün. Çünki uşaqları və həyatyoldaşı Validə şirin yuxudaydı. Ayağının ucunda səs salmamaq üçün qapıya sarıgetdi və gözlükdən baxıb gördü ki, qapını döyən Cəmşiddi. Qapını açıb çöləçıxdı və istəmədi ki, Cəmşid evə girib onları narahat eləsin! Elə qapınınağzında Cəmşidin sual dolu baxışlarını duydu. Sonra da dedi:

- Cəmşidmüəllim, sənin pullarını uzaq başı üç gündən sonra qaytaracağam! Ürəyini buz kimi saxlayabilərsən. Mən söz verdim, onu mütləq yerinə yetirməliyəmg

Cəmşidinqaşları çatıldı və dişiylə dodaqlarını gəmirdi. Hiss olunurdu ki, Sübhanınhərəkətlərindən bərk əsəbiləşib. Cəmşid əsəbini nə qədər cilovlasa da,amma bu onun sifətindən daha aydın hissolunurdug

Cəmşid:

- Axı bizsəninlə belə danışmamışdıq?! Hər şeyi bu gün qaytarmalıydın. İndi də deyirsənki, 3 gündən sonra pulları verəcəyəm. Bunu nə təhər başa düşüm?! Bizidolamısan, yoxsa özünü?!

Sübhantəmiz adamıydı və heç kimdən də gözü kölgəli deyildi. İstəməzdi ki, kiminsəonun boynunda minnəti olsun. Sübhan bir-iki dəfə öskürərək üzünü Cəmşidə sarıtutub, gileyləndi:

- Siz mənim ən yaxın dostlarımdanbirisiniz. Yaxşı tanıyırsan ki, mən hansı ürəyin sahibiyəm. O, 20 min manat varha, onu heç vaxt mən yeyə bilmərəm. Sizin əmanətinizdir və tezliklə dəqaytaracağam. Amma gərək sən də məni başa düşəsən. Baxma ki, mən bu günə vədvermişdim. Sözümün üstündə möhkəm dururam və deyirəm ki, 3 gündən sonra zəhmətçəkib bizim qapıya gəlmə! Özüm ofisə gəlib, o 20 min manat pulu sənəçatdıracağamg

Cəmşid:

- Mən dəbilirəm, sən təmiz adamsan. Amma məni yaxşı başa düş, mən heç kiməm! Bilirsənki, bizim şefimiz belə şeyləri heç vaxt adama bağışlamır. Yəqin təkgöz Məmməditanıyırsan?! Bir nəfər şefimizdən 30 min manat pul almışdı, onu vaxtındaqaytara bilmədi. Şefimiz də gördü ki, pulu vaxtında qaytara bilmir, onu o ki,var "quruzladı". Bundan sonra onun evini və maşınını əlindən aldılar.Hər şey təkgöz Məmmədin əlindən çıxandan sonra fikirdən ürəyi partlayıb öldü.Mən istəmirəm ki, bax, sənin başına şefimiz belə bir oyun açsın!..

Sübhan:

- Məntəkgöz Məmməd deyiləm. Qarabağlı Əhməd kişinin oğlu Sübhanam! Qarabağda hamıyaxşı bilirdi ki, bizim nəsil heç vaxt dediyi sözdən qaçmayıb və tüpürdüyünüyalamayıb. Üç gündən sonra o əmanəti sizə çatdıracağam. Buna əmin ola bilərsən.Elə şefinə də belə de: qarabağlı Əhməd kişinin oğlu Sübhan 3 gündən sonrapulları mütləq ona verəcək! Əgər verə bilməsəm, evimi gəlib əlimdən alarsınızg

Cəmşid geriqayıdıb, "Mercedes"inə əyləşdi. Səhər saatları olduğuna görə, ofisəgetmədi. Yaxınlıqdakı çayxanaya girib, orda səhər yeməyini yedi və sonra datelefonla öz şefi ilə əlaqə yaratdı. Telefonda şefinə dedi ki, Sübhan pulları 3gündən sonra qaytaracaq. Şefi də telefonla danışan zaman bir qədər susub, dedi:

- Ona başasaldın ki, pulu vaxtında qaytarmasa, başına hansı oyun gələ bilər?!

Cəmşidinqorxudan boğazı qurudu:

- Şef, hamısını demişəm. Hətta təkgözMəmmədin başına açılan oyunu da yadına salmışam!..

Telefonun obiri başından danışan şef bu sözlərdən sonra sakitləşdi və dedi:

- Axır ki, o eşşəyi qorxuza bilmisən?!

- Bəli, şef! Hər şeyi ona xırdalığı iləanlatdımg

Sübhan hərötən gün ötdükcə ürək-göbəyini yeyirdi. Cəmi bir gün qalmışdı borcu qaytarmağa.Axşam yuxusunda rəhmətlik anasını görmüşdü və bir də gün işığı görmüşdü. Anasıona demişdi ki, oğul, qorxma, sənin işlərin düzələcək! Bu axşamkı futboloyunlarına proqnoz ver, mütləq bir şey udacaqsan!

Sübhanyuxuya o qədər də inanıb-eləyən deyildi. Amma o tez-tez "Topaz"ınkeçirdiyi futbol yarışlarına proqnozlar verir və bəzən də nəsə udurdu. Amma ən çox udduğu pul 200 manat olmuşdu. Budəfə də görüşən komandalara diqqətlə baxdı. Həmin komandalar dünyanın məşhurfutbol kulubları idi. Bu məşhur futbol klublarının bəzən oyunlarından baş açmaqolmurdu. Hətta deyirdilər ki, bu, Abromoviç var ha, bicin biridi. Dünyada bütünfutbol biznesinə və "Topaz"lara nəzarət eləyir. Bir də görürsən ki,hansısa güclü klub zəif bir komandaya uduzdu."Real Madrid"və "Barselona" kimi klublar belə zəif komandalara uduzurlar.

gO, birdaha komandaların adlarını nəzərdən keçirdi və hansı hesabla oyunun başaçatacağı barədə dəqiq qeydlərini blanka yazdı! Dörd oyuna qələbə vermişdi, biroyuna isə heç-heçə! Gecə saat 2-yə qədər televizorun qarşısında əyləşib məşhurklubların futbol oyunlarını izlədi. Artıq verdiyi proqnozlardan 4-ü düzçıxmışdı. Sonuncu proqnozu çıxsaydı, buaxşam o, 200 min manat pul udacaqdı! Axırıncı oyunun qurtarmasına 1 dəqiqə vaxt var idi.Komandalardan biri 1:0 hesabı ilə qələbə qazanırdı. Əsas vaxt başa çatdı vəhakim əlavə 2 dəqiqə vaxt ayırdı. Bu 2 dəqiqənin sonuncu saniyəsində uduzankomandanın hücumçularından biri hesabı bərabərləşdirəndə Sübhan sevincindənnecə qışqırdısa, evdəkilər hamısı yuxudan ayıldı. O, ürəyi ağzından çıxaraq:

- Qol!..Qol!.. Qol!.. - deyirdig

Az qalırdısevincindən ürəyi partlaya. Uşaqlar da, həyat yoldaşı da yuxudan yarımçıqqalxdılar. Gördülər ki, neçə gündür qəm dəryasında batan Sübhanın sevincindən ürəyiağzından çıxır. O, uşaqlarını və ailəsini qucaqlayıb dedi:

- İndi, biz ən varlı adamıq! Futbolda200 min manat pul uddum! Borcumu da qaytaracam,ev də alacam, maşın dag

Bu sözlərieşidəndə, həyat yoldaşı Validə xanımın sevincindən ürəyi getdi. Handan-hanauşaqları və Sübhan onu ayıtdılar. Validə gözlərini açanda yenə Sübhandansoruşdu:

- Sübü, mənimlə zarafat-zad eləmirsənki?!

- Ay qız, nə zarafat-zad, anamın qəbrihaqqı, 200 min manat udmuşam! Allahın mənə və balalarıma və sənə yazığı gəldi!Yoxsa borc yiyəsi gəlib boğazımı üzəcəydig

gOnlarsəhərə qədər sevinclərindən yata bilmədilər. Səhər açılanda Sübhan"Topaz"a getdi və əlindəki blankı da onlara verdi. Onlar baxıb gördüki, Sübhanın həqiqətən də yazdığı proqnozlar düz çıxıb. 200 min manatı Sübhanaverdilər və "xeyirli olsun!" - dedilər. Sübhan pulları ordangötürəndə "Topaz"dakı futbol həvəskarları qibtə ilə ona baxırdılar vədeyirdilər: "Qardaş, sənin sağ əlin bizim başımıza!"

Sübhanpulları götürüb evə qayıtdı. Onsuz da axşamdan hamı sevinirdi. Pullarınhamısını həyat yoldaşına verib, ordan 20 min manat götürdü və bir gözqırpımında özünü Cəmşidgilin ofisinə çatdırdı. Cəmşid gördü ki, həmişəsifətindən dərd-qəm tökülən Sübhanın üzü gülür. Və o dəqiqə dalağı sancdı ki,yəqin pulları gətirib. Sübhan içəri keçib salam verdi və gətirdiyi pullarıstolun üstümə qoydu:

- Cəmşid, bu da sizin əmanətlər! Çoxsağ olun! Allah sizin köməyiniz olsun! İstəsəniz bir qonaqlıq da verə bilərəm.

Cəmşiddiqqətlə Sübhanın sifətinə baxdı və dedi:

- Eşitmişəm, "Topaz"da bəxtingətirib. Verdiyin "şot" düz çıxıb və 200 min manat udmusan?!

Sübhan:

- Düzeşitmisən, Allahın mənə və balalarımayazığı gəldi və düşdüyüm çətin vəziyyətdən Ulu yaradanını köməyi ilə çıxabildim. Şükür İlahinin məsləhətinə! Hər şeyi verən də odu, alan dag

Sübhanofisdən çıxıb evlərinə sarı addımladı. Özü də elə həvəslə addımladı ki, ömründəevə belə tez çatmaq istəməmişdi. Amma bu dəfə istəyirdi ki, evlərinə tezçatsın. Bayırdaı gün işığı ağacların yarpağına düşür və gülləri, çiçəkləri minrəngə boyayırdı. Elə bil Sübhanın çiynindən ağır bir yük götürülmüşdü vəsevincindən ürəyi yerindən çıxmaq istəyirdi...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV