Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | İsmayıllını vahiməyə salan hadisə: Polis iki nəfəri saxladı Adalet.az | İsmayıllını vahiməyə salan hadisə: Polis iki nəfəri saxladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

İsmayıllını vahiməyə salan hadisə: Polis iki nəfəri saxladı

4133    |   2018-09-13 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuatda İsmayıllı rayonunda manyakın peyda olması barədə müxtəlif məlumatlar yayılıb. Kimliyi bilinməyən şəxs və ya şəxslərin evlərə girərək qadınların alt paltarlarını oğurladığı, həmin paltarları rayon qəbirstanlığında basdırdığı bildirilir. Üzərində kəsici-deşici alət gəzdirdiyi deyilən manyak sakinlərin ciddi narahatçılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə AzVision.az-a açıqlamasında İsmayıllı sakinlərini təşvişə salan manyak barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN rəsmisi bildirib ki, rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir əsaslı səbəb yoxdur. Onun sözlərinə görə, evlərə kiminsə girib oğurluq etməsi və ya camaatı qorxutması barədə rayon polis şöbəsinə ötən gün bir neçə müraciət daxil olub.

"Bir fakt üzrə vətəndaş ərizə verib ki, gecə həyətinə kimsə daxil olub. İsmayıllı şəhər sakinin müraciəti əsasında polis əməliyyat qrupu tərəfindən həyətə girən bir nəfər saxlanıb. Ceyhun Nəcəfov adlı bu insanın ruhi xəstə olduğu məlum olub. İkinci fakt üzrə İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini tərəfindən məlumat daxil olub. Müraciətdə bildirib ki, həyətə birinci faktda olduğu kimi kimsə girib. Araşdırma nəticəsində məlumat verən Hacıatanlı kənd sakini Zaur Şirəliyevin özünün sərxoş halda olduğu müəyyən edilib. Məlum olub ki, onun həyətə kiminsə girməsi barədə verdiyi məlumat yalandır. İçkili vəziyyətdə olub. Polisə bilərəkdən doğru olmayan məlumat verilib”.



O.Mansurzadə, həmçinin bildirib ki, hər iki fakt üzrə mövcud qanunvericiliyin tələblərinə əsasən hər iki şəxs barədə müvafiq tədbir görülüb.

"Qalan heç bir fakt öz təsdiqini tapmayıb, əsassız informasiayalardır. Ona görə də rayon sakinlərinin ajiotaja düşməsi, səbəbsiz yerə narahatlıq keçirməsinə əsas yoxdur. İsmayıllı rayonunda kriminogen durum tam nəzarətdədir və əməliyyat şəraitinə nəzarət olunur. Heç kim təşvişə düşməsin, narahatlıq keçirməsin”.



İmza:
SON XƏBƏRLƏR
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK