adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Sentyabr 2018 17:18
6405
GÜNDƏM
A- A+

Regionu gözləyən təhlükə

"İdlibdə istənilən hərbi əməliyyat onsuz da problemlərlə dolu regionu fəlakətə sürükləyəcək, humanitar böhrana səbəb olacaq"

Adalet.az AzVision.aza istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu cür bəyanatla çıxış edib. Bildirib ki, Türkiyə təkcə Suriya və İraqın yox, bütün qonşularının ərazi və siyasi bütövlüyünə hörmət edir.
"Lakin həmin ölkələrdən bizə qarşı hücumların həyata keçirilməsinə səssiz qalmadıq, bundan sonra da qalmayacağıq. Biz bir tərəfdən FETÖ,PKK/YPG/PYD terror təşkilatları ilə mübarizə apararkən, digər tərəfdən də 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edirik. İdlib yeni bir böhranın astanasındadır. Rusiya,İranvə müttəfiqlərimizlə regionda süh və sabitliyin bərqərar olması və insan dramının qarşısının alınması üçün çalışırıq. İdlibdə istənilən hərbi əməliyyat onsuz da problemli regionu fəlakətə sürükləyəcək. Yalnız birlikdə hərəkət edərək həm regiondakı, həm də dünyadakı problemlərin sülh yolu ilə həllini tapa bilərik”, – deyə türkiyəli nazir bəyan edib.

Hulusi Akar, həmçinin vurğulayıb ki, İdlibdə diqqətə alınması gərəkən ən vacib məqam oradakı radikal terrorçularla müxalifət arasında fərq qoymaqdır. Çünki İdlibin bombalanması yalnız dinc insanların zərər görməsinə və qaçqın düşməsinə deyil, bölgədə radikallaşmanın artmasına səbəb olacaq.

Qeyd edək ki,Bəşər Əsədhökuməti suriyalı silahlı müxalifətin son dayaq nöqtəsi olan İdlibə hücum edərək bölgəni terrorçulardan təmizləməklə ora nəzarəti bərpa etməyə çalışır. Rusiya vəİranbu məsələdə Dəməşqə dəstək versə də,Suriyadaatəşkəsə üçüncü qarant ölkəTürkiyə buna qarşı çıxır.