Adətən hərhansı bir mövzuda yazı yazmaq istəyəndə bir neçə gün öncə içimdə bir götür-qoyedirəm. Necə deyərlər, bəmdə, zildə gəzişirəm. Yazacağım mövzunu özümlə gahdağa aparıram, gah da aranag özümü də kökləyirəm, mövzunu da. Sonra hardansailahi bir işıq düşür, bir ip uzanır vəmən də o işıqdan, o ipdən tutub özümlə dağı arana aparır, özümlə birlikdəköklədiyim həmin o yazının ilk sözünü, ilk cümləsini yazmağa başlayıram...
Amma budəfə belə olmadı. Düşünməyin ki, bu yazını yazmaq üçün daxilən var-gəletməmişəm, dağı arana gedib gəlməmişəm və yaxud da bu yazıya köklənməmişəm.Xeyr, bu yazıda həmin o dediklərim məqamların hamısını olduğu kimi yaşamışam.Sadəcə bir önəmli məqamdan başqa...
Bəli, buelə bir məqamdır ki, onu mütləq vurğulamalıyam... mütləq oxucuya, bu yazınıoxuyacaq insanlara məsələnin məğzini açmalıyam. Həmin o məzmun və mahiyyət dəbarəsində yazdığım şəxsin söz araşdıran, söz təftiş edən, sözün damarınaişləyən işıqlı, ziyalı, sevilən alimlərimizdən biri olmasıdır. O elə birinsandır ki, onun haqqında yazmaq istəyən hər kəs, o cümlədən də mən istənilənməqamda əlimizi qələmə uzada bilərik. Çünki bu adam hamımızın gözüqarşısındadır. Hamımız onu hər gün, hər dəqiqə görürük, hiss edirik. Obizi oxuyub təftiş etdiyi kimi,araşdırdığı kimi sağa, sola vərəqlədiyi kimi, biz də onun haqqımızdayazdıqlarını oxuya-oxuya kimliyini görürük, mövqeyini özümüz üçün dəyərləndiririk,qiymətləndiririk. Və...
Və baxıbgörürük ki, bu gün Azərbaycanda kifayət qədər tanınan tənqidçi alim, filologiyaelmləri doktoru, professor Vaqif Yusifli sən demə, təkcə bugünkü ədəbicamiyənin deyil, həm də bütövlükdə Azərbaycan sözünün içərisində yaşayır...içərisində günbəgün axtarışlar aparır, tapıntılar üzə çıxarır, mövqelərsərgiləyir... Bax, bu qısa təqdimatın ardınca mən əslində yazımın mahiyyətinəqayıdıram. Daha doğrusu, sizə kimdən yazdığımı xatırladıb yazacağım mövzununəvvəlinə gəlirəm.
VaqifYusifli (Vaqif Əziz oğlu Yusifli) düz 65 il bundan öncə Masallı rayonununƏrkivan kəndində doğulub. Bütün yaşıdları kimi o da orta məktəbi bitirib, o daqurduğu xəyalların, arzuların dalıncaBakıya üz tutub gəlib. Gəlişində də tale üzünə gülüb, bəxt üzünə qapı açıb vəVaqif Yusifli o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. Elətələbəliyinin ilk illərindən təkcə filoloq kimi yox, həm də sözün iç dünyasınıgörüb açmaq istəyən bir tələbə kimi özünü tanıtmağa başlayıb. Onun ilk tənqidimaterialları, məqalələri 1968-ci ildən başlayaraq dövrü mətbuatda işıq üzügörüb. Artıq universitet tələbəsinin böyük sözə, böyük ədəbiyyata yanaşmasıdiqqət çəkməyə başlamışdı. Görünür seçdiyi yolda, qarşısına qoyduğu məqsəddəisrarlı olaq Vaqif Yusifliyə özünün xeyirxahları kimi Allah da yardımçı olub.Çünki universiteti bitirib 3 il (1972-1975) Masallı rayonunda dil-ədəbiyyatmüəllimi işləyən Vaqif Yusiflinin qulağı səsdə, gözü isə Bakının yolunda idi.O, obrazlı ifadə etsək, bir məktəbə, bir rayona sığmırdı. Onun daxilindəkitədqiqatçı, araşdırıcı odu-alovu ona dinclik vermirdi. Və bu məhz bu səbəbdənVaqif Yusifli növbəti dəfə Bakıya üz tutdu. Bu səfərki gəlişində artıq VaqifYusifli alim olmaq, sözü bütün mənalarında açıb onun bütün cizgilərini ortayaqoymaq istəyi ilə paytaxta üz tutmuşdu.
1975-ciildə AMEA-nın Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olan VaqifYusifli artıq 4 il sonra filologiyaelmləri namizədi idi. Onun araşdırdığı mövzunun təkcə adını xatırlatmaq gəncalimin hansı yük altına çiyin verdiyini yəqin ki, göstərə bilər. Onun "Müasir Azərbaycan nəsrində konflikt vəxarakter" mövzusundakı namizədlik işi təkcə elmi araşdırma kimi yox, həm dəmüasirimiz olan ədəbiyyatın ümumi mənzərəsinin bir real görüntüsü idi.Yəni ədəbi nümunələr əsasında təkcənəsrimizdəki konflikt və xarakterləri yox, həm də bir növ cəmiyyətimizdəkikonflikt və xarakterləri də Vaqif Yusifli aça bilmişdi. Bu da gənc elmlərnamizədinin yuxusuz gecələrinin, gərgin axtarışlarının və yorulmayan, usanmayanxarakterinin, bütövlüyünün, ürəyinin bəhrəsi idi.
Vaqifmüəllim özünün ilk məqalələri ilə diqqəti çəkdiyindən onun namizədlik işi dətez bir zamanda ədəbi mühitdə maraq doğurdu. Artıq şairlər, yazıçılar özəsərlərini onun qələmi altına ehtiyatla qoyurdular. Çünki bu gənc alim ədəbitənqiddə güzəşt etməyi sevmədiyi kimi bacarmırdı da. Onun bu qətiyyəti, onunsözə saf niyyətlə yanaşması, qərəzdən uzaq olması təbii ki, yaradıcıtəşkilatların da gözündən yayınmadı. Artıq Vaqif Yusifli ölkənin bir nömrəli ədəbi orqanı olan"Azərbaycan" jurnalının tənqid şöbəsinə rəhbərliyə gətirilmişdi.Səmimi etiraf edək ki, jurnalın həyatında bu da bir maraqlı an, maraqlı çalaridi. Çünki Vaqif Yusifli jurnala təqdim olunan ədəbi nümunələrə çox həssasyanaşır, necə deyərlər sözün alt qatlarına qədər baş vurur, onun oxucuya nəverə biləcəyini dəqiqləşdirirdi.
Jurnaldaişləyə-işləyə elmi yaradıcılığını da davam etdirən Vaqif Yusifli 2002-ci ildəbir vaxtla aspirantı olduğu Ədəbiyyat İnstitutunda işləməyə də dəvət aldı. O,bu dəvəti məmnuniyyətlə qarşılayıb institutun Ədəbiyyat Nəzəriyyəsi şöbəsindəbaş elmi işçi oldu.
2011-ciildə "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq" mövzusundadoktorluq dissertasiyasını müdafiə edən Vaqif Yusifli özünün bu elmi işi ilə dəAzərbaycanın ədəbi sözünə yeni bir töhfə verdi. Yəni o, poeziyamızın ənənələriilə yanaşı, dövrümüzün tələb və imkanlarını, dünya poeziyasının uğurlutərəflərini bir araya gətirərək onun bugünkü Azərbaycan poeziyasında təsnifatını,inikasını ortaya qoydu.
Yorulmaqbilmədən işləyən, necə deyərlər, gecəsini gündüzünə qatan Vaqif Yusifli bu günözünün 65 yaşını qeyd edərkən bəlkə də bir anlıq da olsa fikirləşməyib ki, onunbarəsində nə vaxtsa hansısa bir şair fikir söyləyəcək, əl boyda bir məktubyazacaq. Amma mən bunu təbii sayıram. Çünki tənqidçi haqqında yazmaq çox böyükməsuliyyətdi. Özü də Vaqif Yusifli kimi sanballı, əvvəldə dediyim kimi, sözünbütün cizgilərini, lap loru dildə desəm, sözün içalatını görüb tanıyan,qiymətləndirən bir alim haqqında yazmaq çox çətindir.
Mən buyazını yazarkən sadəcə 800-dən artıq elmi məqalənin müəllifi olan, 20-yə yaxınkitabı işıq üzü görən, məqalələri yaxın-uzaq ellərdə çap olunan, ƏməkdarMədəniyyət işçisi, Beynəlxalq "Rəsul Rza" və "Məmməd Araz"mükafatları laureatı kimi tanınan bir alimə sadəcə oxucu diqqətini, sevgisiniifadə etmək istədim. Çünki az qala 20 ildir ki, Vaqif Yusifli ilə birlikdə"Ədalət" qəzetində şənbə nömrəmizi bölüşürük. Üstəlik Vaqif müəllimin"Ədalət" qəzetində ədəbiyyatımızla bağlı xüsusi buraxılışları, köşəyazıları həmişə hamımızın marağını çəkib, diqqət mərkəzində olubdu. Bu gün dəöz prinsiplərinə sadiq olan Vaqif Yusifli böyük sözün layiqli keşikçilərindənbiridir.
Bəli, Vaqifmüəllim. Sizin barənizdə, daha doğrusu, 65 yaşınıza ünvanladığım bu əl boydaməktubda mən sadəcə və sadəcə ürəyimdən keçən xoş duyğuları ifadə etməyəçalışdım. İstədim ki, sizi tanıdığım kimi, zəhmətkeş, yorulmaz bir alim kimi,sözə böyük diqqətlə yanaşan, ədəbi qüvvələrə qayğı nümayiş etdirən bir tənqidçikimi ən xoş arzularımı çatdırım. Çünki siz təkcə bugünkü ədəbi mühiti deyil,paralel olaraq Azərbaycanın minilliklərdən gələn böyük sözünü dərindən bilən,araşdıran tənqidçilərimizdənsiniz. Onagörə də sizinlə bağlı o əl boyda məktub xidmətlərinizə layiq olmasa da, hərhalda bu da mənim kiçik bir minnətdarlıq hissimdir. Düşünürəm ki, hələ qarşıdaillər var və bu illər ərzində siz daha böyük əzmkarlıqla, daha böyük həvəslə,sağlam canla, böyük sözümüzün böyük araşdırmaçısı kimi ədəbiyyatımıza xidmətedəcəksiniz. Siz sözün damarını tutan, sözün damarına işləyən Tənqidçimizsiniz,Alimimizsiniz! Sizə bu yolda uğurlar arzu edirəm!
P.S."Ədalət" qəzetinin kollektivi də Azərbaycanın görkəmli tənqidçisini65 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı vəyaradıcılıq uğurları arzu edir.
ƏbülfətMƏDƏTOĞLU