ANA SƏHİFƏ / GÜNDƏM

BAŞ NAZİR HÖRMƏTLİ NOVRUZ MƏMMƏDOVA

(Açıq məktub)

6517    |   2018-09-15 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli Novruz müəllim!

Bir məsələ ilə bağlı Sizə açıq məktub yazmaq məcburiyyətində qaldım. Və inanıram ki, Siz mənim bu müraciətimə biganə qalmayacaqsınız.

Bildiyiniz kimi, 1748-ci ildə Çingiz xanın nəvəsi, Hülakü xanın oğlu Arqun şahın nəslindən olan Pənah xan doğulduğu Bayat kəndinə (Ağcabədi rayonu) gələrək Qarabağ xanlığının əsasını qoymuşdur. Və bu il Qarabağ xanlığının 270 yaşı tamam olur. Təəssüf ki, televiziya kanallarımız və mətbuat bu məsələyə çox biganə baxır. Bu, onların öz işidir. Mənim müraciətim başqa məsələ ilə bağlıdır.

Bir neçə kəlmə Bayat haqqında. «Kitab-i Dədə Qorqud» belə başlayır: «Peyğəmbər əleyhüssəlam zamanında Bayat elindən Dədə Qorqud derlər bir ər qopdu». «Dədə Qorqud»u diqqətlə oxuyanda həmin Bayatın məhz Ağcabədi ərazisində yerləşən Bayat olduğu öz təsdiqini tapır. Şifahi xalq ədəbiyyatımıza düşmüş Aşıq Vəli (Füzulinin babası) Bayatda doğulub. XV əsrin tanınmış şairi Bayat Abbas da bu kənddəndir. Dünya poeziyasının peyğəmbərlərindən biri Füzuli də Bayatdandır. Pənah xan, İbrahim xan, Xan qızı Natəvan, Kərim bəy Cavanşir, «Qarabağnamə»nin müəllifi Əhməd bəy Cavanşir, onun qızı, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım, yazıçı İslam Fərzəliyev, Rəşid Behbudov bu kəndin övladlarıdı. Bayat XX əsrdə ədəbiyyatımıza və elm aləminə tanınmış şəxsiyyətlər verib. Mən əsasən bütün Azərbaycanın tanıdığı şəxslərin adını çəkdim.


Məsələ nədir? Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin 95 faizi, ən ucqar dağ kəndləri belə, qazla təmin olunub. İnşallah, yaxın zamanlarda bütün ölkənin qazla təminatı başa çatacaq. Və təbii ki, qaz çəkilişi planla həyata keçirilir. Çox təəssüf ki, hələ Bayat kəndinin adı bu plana düşməyib, nə vaxt çəkiləcəyi hələ dəqiq bilinmir.

Keçmişdə planı artıqlaması ilə ödəyəndə təşkilatları mükafatlandırırdılar, ayrı-ayrı adamlara fəxri adlar verirdilər. Bəlkə biz də qaz çəkilişi planını artıqlaması ilə yerinə yetirək və vaxtından əvvəl?

Heç olmazsa, Bayat kəndini istisna etmək olar və plandankənar ora qaz çəkmək mümkündür. Və onu da deyim ki, Bayatın sağında və solunda həm Ağdamın, həm də Ağcabədinin kəndlərində (aralarında 3-4 kilometr məsafə var) qaz yanır. Bundan başqa, Bayata bitişik, əslinə qalsa Bayatın daxilində yerləşən Biləğanlı kəndində də qaz yanır, amma Bayat kimi qədim və böyük bir kənddə qaz yoxdu.

Ermənilər işğal altında olan Ağdamın Abdal-Gülablı kəndinə qaz çəkdilər. Amma Pənah xanın kəndində qaz yoxdu.

Ermənilər Pənah xanın tikdiyi, hazırda işğal altında olan Şuşada qaz yandırırlar. Amma Pənah xanın kəndində qaz yoxdu.


Ermənilər Pənah xanın saldığı Xankəndində qaz yandırırlar. Amma Pənah xanın kəndində qaz yoxdu.

Bu da təbii ki, 2000 ildən çox tarixi olan və bu xalqa böyük dahilər bəxş eləmiş bir kəndin sakinlərini narahat etməyə bilməz.

Hörmətli Novruz müəllim!

Mən özüm də o kənddə doğulmuşam və işimlə əlaqədar olaraq ən azı ayda iki dəfə o kənddə oluram. Bu müraciəti də Sizə Bayat camaatının xahişi ilə yazıram.

Hörmətli Novruz müəllim!

Dədə Qorqud xətrinə, Aşıq Vəli xətrinə, Bayat Abbasın, Füzulinin xətrinə, Qarabağ xanlığının əsasını qoymuş Pənah xanın xətrinə, Xan qızı Natəvanın xətrinə, Kərim bəy Cavanşirin, Əhməd bəy Cavanşirin, Həmidə xanımın, Rəşid Behbudovun xətrinə Bayat kəndinin qazla təminatını bu ildən o yana qoymayın. Qoyun bu Pənah xana bir ehsan olsun.

Əvvəlcədən həm öz adımdan, həm də Bayat camaatı adından Sizə təşəkkür edirəm.

Hörmətlə:

Aqil ABBAS.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK