adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil Abbasın 60 yaşına sözardı

ELÇİN MİRZƏBƏYLİ
98507 | 2013-04-13 08:51

Əslindəxeyli vaxtdır ki, Aqil Abbas haqqında yazmaq istəyirdim. Amma tutarlı bir imkantapmırdım yazmağa. "Dolu" romanını oxuduqdan sonra uzun müddət əsərintəsirindən çıxa və təbii ki, Aqil Abbas haqqında bir kəlmə də yaza bilmədim.Yazsaydım əsər Aqil Abbasdan ön plana keçəcəkdi.

Sonra"Dolu" filmi gəldi və gəldiyi kimi də Aqil Abbasın portret cizgilərihaqqında yaddaşımda olan real və virtual təəssüratları toplu halındasilib-süpürüb apardı. "Dolu" filmini izlədikdən sonra "MəniAğdama apar" adlı kiçik bir köşə yazdım - Aqil Abbasa bir vaxtlar mənəverdiyi sözü xatırlatmaq üçün. Yeri gəlmişkən, "Kulis.Az"-dayayımlanan yazıya pərçim olunan şərhlərdən birinin müəllifi mənə məsləhət görmüşdüki, Ağdama getmək istəyirəmsə taksiyə oturub gedim. Qoy olduğu kimi yazım:"Ağdama getmək istəyirsən, otur taksiyə get də...g Daha bu haray-həşirkimə lazımdı..."

Suçlamırambu şərhin müəllifini. Adam Ağdama nə üçün Aqil Abbasla getmək istədiyiminsəbəbini haradan bilməliydi ki...

Taksiyəoturub gedə bilərəm... Ağdama, daha doğrusu Ağdamın kiçik bir parçasına,yarımçıq Ağdama, paramparça edilmiş, daşına-torpağına divan tutulmuş Ağdama...piyada da getmək olar. Amma Aqil Abbassız yox...

...AqilAbbasdan Ağdam qoxusu gəlir. Ağdamdan isə... heç barıt qoxusu da gəlmir...

AqilAbbasın 60 illik yubileyinə həsr olunmuş bütün yazıları oxudum. Amma yenəyazmadım. Yubiley coşqusunun və bəlkə də fırtınasının ötüb keçməsini gözlədim.İndi sular durulub, sakitlikdi, əlhəmdüllah və pəncərəmdən süzülən Günəşşüaları əsil yaz, yazmaq havası olduğunu deyir...

...AqilAbbası yoldan tanımışam. Yol adamıdı, həm də əsil yol adamı, dopdolu, canlı,dəli-dolu, hər addımında yeni bir ovqat yaradan yol adamı...

...Gözümünönündə portretini canlandırmağa çalışıram:

- QəzetçiAqil Abbas...

- YazıçıAqil Abbas...

- Millətvəkili Aqil Abbas

- Yolyoldaşı, dost, sirdaş, həmdərd... Aqil Abbas...

Bütün bucizgiləri koleydoskopun rəngləri kimi dəfələrlə fərqli rakurslardan sıralayıramdüşüncəmdə və yenə də Aqil Abbas alınır.

AqilAbbasın nəinki canlı, heç virtual prototipini də yaratmaq mümkün deyil.

Əgər nəzamansa bu dünyada insanları klonlaşdırmağa başlasalar, bəri başdan deyəbilərəm ki, bu texnologiya Aqil Abbasa münasibətdə keçərli olmayacaq. ÇünkiAqil Abbas təkrarlanması mümkün olmayan fərqli bir koloritdi, rəngdi,ovqatdı...

...Hər dəfədostlarla birgə səfərə çıxanda onun saysız-hesabsız lətifələrini dinləyirəm.Aqil Abbas olan yerdə sükut olmur və həm də... olur. Sükut Aqil Abbasıngözlərindədi... Mən onun hər dəfə sürəkli qəhqələrlə müşayiət olunanlətifələrinin, hər kəsi yerindən oynadan atmacalarının içərisində bircə dəfə dəolsun, gözlərinin güldüyünü görməmişəm. İçindəki, üzündəki bütün ağrıları,acıları, qayğıları, dilə gətirilməsi mümkün olmayan anlamaq və anlayaraq susmaqvə susaraq gülmək dərdlərini toparlayıb gözünün içinə atıb Aqil Abbas. Bütün bulətifələr, atmacalar diqqəti o gözlərdən yayındırmaq üçündü. Gülüş və gülüşyaratmaq Aqil Abbasın özünü, daha doğrusu gözünüqoruma silahıdı... bəlkə də...

...Ogözlərdən qaysaqlanmış dərdlərin sükutu çəkiləndə Aqil Abbasın lətifələri dətükənəcək.

O zamanAğdama Aqil Abbas olmadan da gedə biləcəyəm. Taksi ilə, qatarla, şəxsi, yaxuddostlardan birinin avtomobili ilə...

O zamanAğdam da Aqil Abbasın gözlərindən sıçrayıb mənimlə bərabər...

Ağdamagedəcək.

Elçin Mirzəbəyli

TƏQVİM / ARXİV