Faiq QİSMƏTOĞLU: QƏFİL ÖLÜMLƏR…

FAİQ QİSMƏTOĞLU
42166 | 2018-09-13 14:46

Dünyada hər il qəfil ölümlər nəticəsində milyonlarlainsan həyatı ilə vidalaşır. Və bu insanlar uzun müddət öz səhhətləri, durumlarıbarəsində qətiyyən düşünmürlər. O vaxt düşünürlər ki, artıq gec olur və qəfil ölümbaş verir. Bizim millətsə birmənalı olaraq öz səhhətinə diqqət yetirmir. Çox nadiradam tapılar ki, vaxtaşırı olaraq heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçirvə bu zaman da hər hansı xəstəlik aşkarlanarsa, onu müalicə eləmək daha asan olur.Əksər insanlar vəziyyəti lap ağırlaşanda həkimə üz tuturlar. Onda da bayaq dediyimizkimi, hər şey gec olur…

Ürəklə bağlı problemlər və xəstəliklər son vaxtlar dünyadavə eləcə də ölkəmizdə daha da çoxalıb. Təbii ki, bunu da doğuran obyektiv və subyektivsəbblər var. Və bu obyektiv və subyektiv səbəblər də həmişə kardioloqları, kardiocərrahlarıçox narahat edir. İllərdir ürək xəstəliyi ilə mücadilə aparan əksər pasiyentlərözlərinin sağlamlığı barəsində düşünməyi bacarırlar. Təəssüf ki, günlərlə, həftələrləürək ağrılarından şikayət edən əksər insanlar xəstəxanaya gedərək həkim müayinəsindənkeçmir və beləcə günləri, ayları yola verirlər. Və bir gün də ya evdə, ya işdə, ya da yolda olarkən bu ürəkağrısı qəfil tutur, həmin insanı çıxılmaz vəziyyətə qoyur. Əgər onu vaxtında xəstəxanayaçatdırırlarsa, ya da ona ilkin tibbi yardım göstərilirsə, belələrini həyata qaytarmaqmümkün olur. Heç bir tibbi yardım, köməklik olmayanda isə həmin insanlar dünyasınıdəyişirlər.

Bir neçə ay bundan əvvəl Bakıda hansısa bir kişi ürəkxəstəliyindən huşunu itirir. Ona gəlib baxırlar, deyirlər ki, artıq xəstə rəhmətəgedib. Təcili Tibbi Yardım maşını ilə hansısa rayona aparanda maşın çalaya düşüb silkələnir. Və buvaxt xəstənin ürəyi döyünməyə başlayır, yanındakı bu möcüzəni görüb təəccüblənirlər.Bax, bu Allahın möcüzəsidir. Bəndəsinə xəbərdarlıq edir ki, mən istədiyimi etməyəqadirəm.

Bu yaxınlarda ürəyimdə narahatlıq hiss eləyirdim. Yaxındostum və qohumum Kadiologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizidRafiq Yusiflinin yanına getmişdim. Məni müayinə elədi və öz məsləhətlərini verdi.Dedi ki, qorxulu bir şey yoxdur. Sadəcə olaraq, özünü soyuğa vermisən, bir balacanarahatlıq yaranıb. Tezliklə hər şey yoluna düşəcək.

Biz Rafiq həkimlə həmişə həmsöhbət oluruq. Yəni onunmaraqlı, heç kimin danışığına bənzəməyən söhbətlərinə qulaq asanda şəxsən mənimürəyimin ağrısı da gedir, digər sıxıntılarım da yox olur. Və hiss edirəm ki, hərşey, hər bir çətinlik, hər bir sıxıntı artıq arxada qalıb. Bu dəfə də Rafiq həkimləürək xəstəliyi ilə bağlı çox maraqlı söhbətlər elədik. O dedi ki, qəfil ölümlərinqarşısını almaq mümkündür. Bunun üçün sadəcə olarq ən azından həmin adamda ürəktutuması baş verəndə o yerdə defibrilliator olmalıdır. Əgər o insan ürəktutmasındanyerə yıxılıbsa, bu vaxt defibrilliatorla onun ürəyini masaj etməklə həyata qaytarmaqçox vaxt mümkün olur. Mən Avropa ölkələrində çox olmuşam. Həmin ölkələrdə insanlarınkütləvi surətdə toplaşdığı yerlərdə – futbol stadionlarında, ticarət mərkəzlərində,istirahət yerlərində defibrilliatorlar olur. Məcbur deyil ki, orda həkim də olsun.Çünki həmin cihazı çox adam istifadə etməyi bacarır. Həkim olanda isə bu məsələləröz həllini daha asanlıqla tapır. Deməli, qəfil ölümlərin qarşısını Avropa ölkələrində,hətta kütləvi yerlər də belə almaq elə də çətin məsələ deyildi.

Tibb elmləri namizədi, istedadlı kardioloq Rafiq Yusifliçox maraqlı ideya və təkliflər səsləndirdi. Dedi ki, bizdə də insanların çox toplaşdığıyerlərdə – stadionlarda, bulvarda, ticarət mərkəzlərində, istirahət məkanlarındabu addımı atmaq olur. Hətta insanların ən çox istifadə etdiyi metroda da belə cihazlarıbu gün qoymağa çox böyük ehtiyac var. Mən özüm də bəzi hallarda işə gedərkən metrodanistifadə edirəm. Orda tez-tez müxtəlif insanların səhhətində yaranmış problemlərinşahidi oluram. Özüm rastlaşanda həmin xəstəni çətin vəziyyətdən çıxarıram. Ancaqbelə yerlərdə defibrilliator olması daha çox məqsədəmüvafiqdir.

Göründüyü kimi, təcrübəli kardioloq və tibb elmləri namizədiRafiq Yusifli çox gözəl bir təşəbbüslə çıxış edir. İndi qalır bu təşəbbüsü əlaqədarqurumların dəstəkləməsinə. Çünki həmin defibrilliatorların kütləvi yerlərdə olmasıayrı-ayrı qurumların səlahiyyəti daxilindədi. Bizcə onun qiyməti heç bir o qədərdə baha deyildi. Amma bu cihazların kütləvi yerlərdə olması baş verə biləcək qəfil ölümlərin qarşısının alınmasındaçox önəmli əhəmiyyət kəsb edə bilər. Ona görə də nə qədər gec deyil bu addımlaratılmalı, qəfil ölümlərin qarşısı bu və ya digər dərəcədə alınmalıdır. Sadəcə olaraq,biz çox ciddi məsələlərə qeyri-ciddi yanaşırıq. Və qeyri-ciddi yanaşanda da başımıza olmazın hadisələri gəlir.


TƏQVİM / ARXİV