adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Sentyabr 2018 15:41
7448
GÜNDƏM
A- A+

150 ölkənin parlamentariləri Bakıya gələcək

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 21-də keçiriləcək.

Adalet.az xəbər verir ki, iclasla bağlı hazırlıq işləri davam edir.

Yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq. Bu ölkələrdən 14-nün parlament sədri, 13 ölkənin sədr müavinləri, 11 ölkənin isə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq.

Tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

Qeyd edək ki, təntənəli yubiley tədbirinin Milli Məclisdə keçirilməsi nəzərdə tutulub.