adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Sentyabr 2018 15:35
12964
KRİMİNAL
A- A+

Həyətində narkotik əkən şəxslər saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini Mirmehdi Damətova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Eyni zamanda Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbə sakini Rahim Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.