adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Sentyabr 2018 15:27
8401
SİYASƏT
A- A+

Parlamentin komitə iclası keçirilib

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclasda komitə sədri İsa Həbibbəyli hesabatla çıxış edib. Komitə sədri Milli Məclisin yaz sessiyasında görülən işlər barədə məlumat verib. Payız sessiyası üçün iş planı müzakirə olunub.

Daha sonra iclasın gündəliyinə daxil edilən "Elm haqqında” və "Təhsil haqqında” qanununa təklif edilən dəyişikliklər müzakirə olunaraq, qəbul edilib. Həmçinin iclasda "Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması müzakirə edilib.