adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Sentyabr 2018 15:09
5313
HADİSƏ
A- A+

Oğuzda maşınla vurulan piyada öldü

Sentyabrın 12-də saat 10 radələrində Oğuz rayonunun Bucaq kəndi ərazisində rayon sakini Sahib Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Fərahim Əzizovu vurub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.