adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Sentyabr 2018 14:42
11105
KRİMİNAL
A- A+

Keçmiş məhkum oğurluq edib

Qazax rayonunda evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, Qazax və Şəmkir rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Qazax rayonunun Qarapapaq kəndindəki evlərin birindən 63 manat və 50 ABŞ dolları, habelə 6700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Süleymanov yaşadığı Şəmkir rayonu ərazisində saxlanılıb.