Sənətkarların faciəli taleyi

ETİBAR CƏBRAYILOĞLU
86078 | 2013-04-13 08:50

Xalq yazıçıElçin teatrlarımızla ən sıx yaradıcılıq əlaqələri saxlayan müəlliflərdəndi.Akademik Milli Dram Teatrı da daxil olmaqla müxtəlif teatrlarda son illərgörkəmli yazıçı-dramaturqun "Ah Paris, Paris", "Mənim ərim dəlidir","Arılar arasında", "Qatil", "Şekspir","Teleskop", "Buzovna əhvalatları" və başqa əsərləri uğurlatamaşaya qoyulub. Xarici ölkələrdə də Elçinin dramaturgiyasına böyük maraq var.İngiltərənin, Rusiyanın, Türkiyənin müxtəlif teatrları tanınmış Azərbaycanmüəllifinin pyeslərinə tez-tez müraciət edirlər.

Ölkənin başteatrı tamaşaçılarını xalq yazıçısının yeni ədəbi qəhrəmanları ilə növbəti dəfəgörüşdürdü. Xalq yazıçısının "Sənətkarın taleyi" faciəsi təqdimolundu.

Müəllifdənxəbərdarlıq və ya gözlənilən

bir qətlintarixçəsi

AkademikMilli Dram Teatrı "Sənətkarın taleyi" ilə bağlı yaradıcılıq işlərinəbaşlayandan bəri teatr ictimaiyyəti bu prosesi maraqla izləyirdi. Bu da birneçə səbəbdən başa düşülən idi. Səbəblərdən biri, bəlkə də birincisi müəllifləbağlıdı. Yuxarıda qeyd olunduğu kimi, xalq yazıçısı Elçinin qələmə aldığıpyeslərin uğurlu səhnə ömrü olur. Görkəmli dramaturqun səhnə üçün təqdim etdiyiyeni əsər aktyor və rejissor kimi milli peşəkar teatrımızın inkişafında böyükxidmətləri olan ölməz Hüseyn Ərəblinskinin faciəli həyatından danışdığından"Sənətkarın taleyi"nə maraq artmışdı. Üstəlik, tamaşanın afişasımaraqlı ilklər vəd edirdi. Bu barədə bir qədər sonra. Bir neçə aylıq gərginməşqlərdən sonra yaradıcı kollektiv yeni səhnə əsərini tamaşaçılarınmühakiməsinə verdi.

"Sənətkarıntaleyi" müəllifin xəbərdarlığı ilə başlayır. Dramaturqun tamaşaçılaraçatdırılan remarkasından belə məlum olur ki, pyes ölməz aktyor və rejissor,sənət yolunda həyatından keçən Hüseyn Ərəblinskinin həyatından bəhs etsə də,tam bioqrafik əsər deyil.

Tamaşabaşlayır və zalda oturanlar səhnədə baş verən hadisələrin köməyi ötən əsrinəvvəlinin Bakısına ekskurs edirlər. Axşam məşhur sənətkar Hüseyn Ərəblinski(əməkdar artist Firdovsi Atakişiyev) növbəti dəfə səhnəyə çıxacaq. Amma odövrün Bakısında bu böyük sənətkarın pərəstişkarları olduğu kimi, əleyhdarlarıda var. Bığını qırxdığına, səhnəyə çıxdığına görə onu təqib edir, ölümləhədələyirlər. Molla (əməkdar artist Əsgər Məmmədoğlu) onu dinsiz sayır, Qoçu(Vasif Həsənəliyev) aktyoru adət-ənənələrimizə hörmətsizlik etdiyi üçün onuöldürməyə hər an hazırdı, Baqqal (əməkdar artist Mirzə Ağabəyli) borclarınıondan ala bilmir. Qohumlarının da Ərəblinski ilə öz haqq-hesabları var. Bibi(əməkdar artist Hicran Nəsirova) aktyor qohumunun üzündən oğluna elçi gedəbilmir. Neftxuda Hacı Məmməd Tağı (əməkdar artist Telman Əliyev) qızınıartistin qohumu Əbdülə vermək istəmir. Elçiləri əliboş qayıdan dayısı oğluƏbdül (Hikmət Rəhimov) Hüseynə bunu bağışlamaq fikrində deyil, sonda heçbağışlamır da.

Amma hələson deyil. "Sənətkarın taleyi" yeni başlayıb. Redaktor (CümşüdZeynalov), Jurnalist (Rəşid Bəxtiyarov) öz şər-böhtan dolu cızma-qaraları iləsənətkarı mənəvi məhvi ilə məşğuldurlar.

TamaşaçıHüseyn Ərəblinskinin faciəsinə belə hazırlanır. Səhnədə bir qətlin tarixçəsioynanılır.

Cəhalətin

coğrafiyasıolmur

HüseynƏrəblinski belə bir ağır şərtlər altında sənətkar taleyi yaşamaqdadı. Ətrafınatopladığı fədailərlə böyük sənətə xidmət edir. Poloni (əməkdar artist CəfərNamiq Kamal) yaxşı qazanclı sənətini buraxaraq Ərəblinskinin truppasınaqoşulub. Yaqo (əməkdar artist Elşən Cəbrayılov) Ərəblinskinin istedadına,populyarlığına paxıllıq etsə də getməyə başqa yeri yoxdu. Bığlı artist (əməkdarartist Ayşad Məmmədov) qadın rollarını oynamağa məcburdu. Ərəblinski onunbığını güclə qırdığı üçün teatrdan gedir. Amma hara? İçki düşkününə, əyyaşaçevrilir. Vəssalam.

Truppadayeganə xanım aktrisa-Maya da (Natəvan Hacıyeva) faciə içindədi. BacısınıUkraynanın Jitomir şəhərində qətlə yetiriblər. Gənc qız yalınız yəhudi olduğunagörə öldürülüb. Cəhalətin coğrafiyası olmur. Maya özü Bakıda xoş gün yaşamır.Aktrisa olmasa fahişə kimi Bakı küçələrində dolaşmağa məcbur ediləcək. Ammaindi rollarını da sona kimi oynaya bilmir. Vərəm gənc qızın ömrünü saatbasaatyeyir və xəstəlik sonda Mayanı təkcə səhnədən yox, elə həyatdan da aparır.

Neft qoxusuvə qorxusu

Qrafinya(xalq artisti Şükufə Yusupova) Rusiyanın bu ucqarında Hüseyn Ərəblinski kimiistedadlı aktyorun ifasını izlədiyinə görə özünü xoşbəxt sayır. Ərəblinskininəsirinə çevrilən Qrafinya onun yolunda pulundan da keçir, bədənini də təslimedir.

Qubernatorun(Əjdər Zeynalov) isə Ərəblinskinin tamaşalarına baxmağa başqa məsələlərə görəməcburdu. O, neft qoxuyan Bakıda Rusiyanın siyasi maraqlarını qoruyur,imperiyanın ucqarlında yaşayan insanların savadlanmasından, milli burjuaziyanıninkişaf etməsindən qorxur. Xalqı maarifləndirməyə, cəhalətdən oyatmağa çalışanƏrəblinskiyə də potensial siyasi təhlükə kimi baxır.

Pyesinmüəllifi obrazların dili ilə böyük bir həqiqəti tamaşaçıya çatdırmaq istəyir.Təbii sərvətlərin gətirdiyi pul, şöhrət nə vaxtsa tükənə bilər. Amma savadlıinsanların yaratdığı sənət heç vaxt tükənmir, millətə daha çox kapitalgətirir.

Tamaşa kimihəyat, həyat kimi tamaşa

Gözlənilənqətl sonda nəhayət ki, baş verir. Tamaşa boyu Hüseyn Ərəblinskini kölgə kimiizləyən dayısı oğlu Əbdül onu öldürür. Həmin səhnə maraqlı qurulub. Obrazlardanbiri gülür, biri ağlayır. Eynən teatr maskasında olduğu kimi. Onsuz da həyat dateatr kimidi.

İstigüllədən, iti bıçaqdan, bumbuz biganəlikdən ölən sənətkarların taleyindən bəhsedən tamaşa belə başa çatır.

Tamaşa iləbağlı qeydlərin əvvəlində "Sənətkarın taleyi"nin bir sıra ilklərləyadda qaldığını qeyd etmişdim. Baş rolun ifaçısı əməkdar artist FirdovsiAtakişiyev Rus Dram Teatrındakı rolları və telekanallardakı layihələri iləyaxşı tanınır. Hüseyn Ərəblinski obrazı ilə Akademik Milli Dram Teatrınınsəhnəsinə ilk dəfə çıxan istedadlı aktyor bu məsuliyyətli işin öhdəsindəngəlməyi bacarır.

İrəvanAzərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorlarından sayılan Əjdər Zeynalovbu tamaşada Qubernator rolu ilə baş səhnəmizdə debüt edir. İstedadlı aktyortəbii oyunu ilə yadda qalır.

Ümumiyyətləsəhnəmizin ecazkar aktrisalarından sayılan xalq artisti Şükufə Yusupovanın,əməkdar artist İlham Hüseynovun (Qraf) və Əjdər Zeynalovun tandemi uğurlualınıb.

Tamaşadadigər rolları əməkdar artist Əjdər Həmidov (Məmur), İnna İmranova (Freylina),Vüsal Mustafayev (Carçı), Aslan Şirin (Gənc teatr vurğunu), Anar Heybətov(İntelligent) oynayırlar.

"Sənətkarıntaleyi"indən, bu tamaşanın uğurundan və maraqlı ilklərdən söhbət düşəndəbir adı xüsusi vurğulamaq lazım gələcək. Bu da tamaşanın quruluşçu rejissoruəməkdar incəsənət xadimi İranə Tağızadədi. Görkəmli kinorejissor TofiqTağızadənin ailəsində dünyaya gələn İranə xanım uzun illərdi ki, Rus DramTeatrındakı maraqlı quruluşları ilə seçilir. Onun Akademik Mili Dram Teatrındailk işi bu uğurların təsadüf olmadığını sübut edir.

Quruluşçurəssam Tatyana Melnikova (Rusiya), geyimüzrə rəssamlar İranə Tağızadə və Tatyana Melnikovadı. Musiqi tərtibatçısıəməkdar mədəniyyət işçisi Vladimir Neverov, işıq üzrə rəssam Rafael Həsənovdu.

Yəqin ki,tamaşaçılar "Sənətkarın taleyi"nə biganə qalmayacaqlar.

Etibar

CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV