adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2018 14:21
11251
MARAQLI
A- A+

İrqi ayrıseçkiliyin yaşanmadığı Azərbaycanda multikulturalizm nümunəsi

Dünyanın ən demokratik ölkələri hesab olunan Amerika Birləşmiş Ştatları (ABŞ) və bir çox Avropa dövlətlərində zaman-zaman irqi-ayrıseçkiliklər qabarıq şəkildə özünü büruzə verir. Digər ölkələrdə də iqrqi-ayrıseçkiliklər mövcuddur və xüsusilə də əks dinin nümayəndələrinə qarşı daim artan etirazlar davam edir. Məsələn, irqi-ayrıseçkiliyin nümunələrindən biri də Çində uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrindən istifadəsinə qoyulan qadağadır. Çində həmçinin uyğur türklərinə qarşı münasibət də birmənalı deyil. Avropa müsəlman mühacirlərin girişinə qoyulan qadağalar, rəngə görə fərqli münasibət və sair kimi irqi-ayrıseçkiliklərə kifayət qədər misal çəkmək mümkündür. Dünyada baş verən terrorun, münaqişələrin də kökündə məhz bu amilin dayandığını demək mümkündür.

Azərbaycanda isə bu məsələ tamamilə fərqlidir. Tolerantlıq nümunəsi olan Azərbaycanda demək olar ki, hər millətin nümayəndəsi yaşayır. Azərbaycan dövlətinin və xalqının multikulturalizm və tolerant dəyərlərə münasibətinidən çıxış edərək deyə bilərik ki, müasir dünyamızda terrorun, müxtəlif növ dini, irqi və milli qarşıdurmaların, münaqişələrin qarşısın ala biləcək yeganə yol, dözümlülükdən və multikulturalizmin inkişaf etdirilməsindən keçir.

Azərbaycan bu məsələ Qanunvericiliklə də tənzimlənir. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin III bəndində deyilir: Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Doğrudur, bununla bağlı dünyanın demək olar ki, bütün ölkələrində, o cümlədən BMT və digər bu kimi beynəlxalq təşkilatlar kifayət qədər qanun və qərar qəbul edib. Qeyd edək ki, Azərbaycan 1996-cı ildə BMT-nin irqi ayrıseçkiliklə bağlı Konvensiyasına qoşulub. Ancaq hələ də bu problem Demokratiyanın beşiyi hesab olunan Qərb dövlətində daha qabarıq hiss olunur. Ancaq bir məqama diqqət etmək yerinə düşər ki, multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının mövcudluğuna da şübhələr yaranır. Təsadüfi deyil ki, bu gün özünü demokratiyanın beşiyi adlandıran Avropa multikulturalizmin iflasa uğradığı iddiasındır. İslamafobianı təbliğ edir, təhlükələrindən danışır. Ancaq bu da faktlığında qalır ki, Azərbaycan əhalisinin 90 faizi islam dini inanclarının daşıyıcısıdır. Bununla yanaşı Azərbaycanda 30-dan çox azsaylı xalqların nümayəndələri yaşayır və öz dini inanclarını qoruyur. Avropanın İslamafobianı təbliğ etdiyi bir dönəmdə, teroru, qarşıdurmaları İslam dini ilə əlaqələndirdiyi bir zamanda Azərbaycan nümunəsi bütün deyilənləri təkzib edir. Əhalisinin 90 faizi İslam inancına sahib olsa da Azərbaycan dünyəvi dövlətdir və Konstitutsiyada da xüsusi olaraq qeyd olunur ki, din dövlətdən ayrıdır. Təsadüfi deyil ki, tarixin heç bir dönəmində Azərbaycanda nə dini, nə də milli zəmində qarşıdurmalar baş verməyib. Bu Azərbaycan xalqının, həm də dövlətinin ölkəmizin ərazisində yaşayan azsaylı xalqlara, etnoslara, eyni zamanda bu insanların dini inaclarına dözümlü münasibətin nəticəsidir, tolerantlıq nümunəsidir.

Təbii ki, bütün bunları görməyən anti-milli ünsürlər də yox deyil. Demokratiyanın beşi hesab etdikləri, ancaq hələ də irqi ayrıseçkilik məsələsini həll edə bilməyən ölkələrdən, xüsusilə də Amerika Birləşmiş Ştatlarından (ABŞ) mədət umurlar. Güya Azərbaycanda insan haqları pozulur, ayrı seçkiliklər mövcuddur, azadlıqlar yoxdur. Ancaq reallıq ondan ibarətdir ki, bu gün

Azərbaycan dünyaya nümunə ola biləcək tolerantlıq modelinə malikdir. Bununla yanaşı anti-milli ünsürlərin mədət umduğu ABŞ-da statisk rəqəmlərə görə 1 ayda 100-ə yaxın insan polis tərəfindən güllələnir ki, onların da böyük əksəriyyətini qaradərililər təşkil edir. Bəs dedikləri, göstərməyə çalışdıqları insan haqlarını hansı kriteriyalar üzərindən dünyaya yaymağa çalışırlar? Bütün bunlar onu göstərir ki, Qərbin insan haqları anlayışı yalnız görüntü üçün nəzərdə tutulub və bunun özü belə digər dövlətlərdə qarşıdurma yaratmağa hesablanmış amildir. Digər tərəfdən irqi ayrıseçkiliklə bağlı baş verən qanlı toqquşmaların da ssenariləri məhz Qərb institutlarına məxsusdur.

Bütün bunları onu göstərir ki, birgəyaşayışın ən mükəmməl forması multikulturalizmin Azərbaycan modelidir. Bu gün bütün sivil dövlətlər əgər dünyada sabitliyin qorunmasını istəyirlərsə, bu modeldən istifadə etməlidirlər.

Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.