adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2018 14:16
9658
MARAQLI
A- A+

Dövlətin uğurlu dini siyasəti – Cəmiyyət radikal qruplaşmalarla mübarizədə dövlətə dəstək verir

Dində radikalizm yoxdur. Bunu dəfələrlə ilahiyyatçılar, din xadimləri vurğulayıblar. Amma təəssüf ki, zaman-zaman dini alət edib öz məqsədləri üçün istifadə etməyə çalışan qruplaşmalar da ortalığa çıxır. Din radikallıqdan uzaq termindir. Amma artıq din adı altında o qədər terror hadisəsi baş verir ki, bu söz bir termin kimi insanlar üçün asanlaşıb. Nəinki islamda, digər səmavi dinlərə aid kitablarda da dində zorakılıq birmənalı şəkildə pislənir. Hətta islamın gətirdiyi qaydalara, dinin təməl pirinsiplərinə nəzər saldıqda görürük ki, bütün yaradılmışlar bəndənin mənafeyi üçün yaradılıb. Amma çox təəssüflər olsun ki, dinin hər zaman insanların ayaqlanması üçün olduğunu düşünən zərərli qüvvələr var. Azərbaycanın daxilində onları siyasi baxımdan nəyisə həyata keçirə bilmədikdə, dini müqavimətə əl atırlar. Eyni zamanda xarici kəşfiyyat qüvvələri, Azərbaycanın bütövlüyünü, tolerantlığını sevməyənlər hər zaman din amilindən istifadə ediblər. Bu, tarixən belə olub. Amma geçəkliyə qalanda, dində radikalizm yoxdur. Çünki "Qurani- Kərim”də buyurulur ki, dində məcburiyyət yoxdur. Hətta dində dəvətdən o tərəfə keçmək qaydaların pozulması, Allahın qəzəbinə gəlmək deməkdir.

Radikal qruplaşmaların gətirdiyi təhlükələrdən cəmiyyəti xilas etmək üçün dövlətin apardığı uğurlu siyasət göz önündədir. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Dini Qurularla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılması ilə gələcəkdə radikalizimin vüsət almasının da qarşısı alınmış oldu. Din adı altında fəaliyyət göstərən bütün təşkilatlar, qruplar məhz bu qrum vasitəsilə dövlətin birbaşa nəzarətinə keçdi. Azərbaycan dünyəvi dövlət olduğu üçün din dövlətdən ayrıdır. Bu Azərbaycan Respublikasının Konstitutsiyasında da açıq şəkildə vurğulanır. Dini Qurularla İş üzrə Dövlət Komitəsinin əsasə vəzifələrindən biri də cəmiyyətdə maarifləndirmə işinin təşkili və həyata keçirilməsidir. Mövcud vəziyyətə baxdıqda görürük ki, dövlətin bu sahədə apardığı işlər uğurludur və bu gün bunun müsbət nəticələrini görürük. Demək olar ki, Azərbaycanda radikal qruplaşmalar heç bir təhlükə yarada bilmir. Yaratmaq istəyəndə isə dövlətin aidiyyatı qurumları bunun qarşısını zamanında alırlar.

Təbii ki, istisna hallar da mövcuddur. Ümumiyyətlə, radikal qruplaşmalar bütün zamanlar təhlükə mənbəyi hesab olunub. Son dönəmdə dünyada radikal düşüncəli qruplar xüsusən din sahəsində artıb. Özü də müxtəlif cərəyan və məzhəblər adı altında. Hətta bəzi məscidlərin imam-axundları da üstü örtülü radikallıq edirlər. Çünki vaxtilə hansısa xarici ölkədə tədris adı altında təlim görüblər. Dini radikallığı gətirən də, əhalini təriqətlərə və radikal qruplara parçalayan da maraqlı ölkələr var. Bu ölkələr məzhəb ayrılığına görə dünyada bir-birinə qarşı düşmən mövqedə dayanaraq həmçinin məzhəblər arası intriqanı da alovlandırırlar. Onların maraqlarının toqquşduğu bu günki Yəməni misal çəkmək olar.

Yəməni ona görə misal çəkdik ki, radikallığı yayan ölkələr Allahdan çəkinmədən istənilən müsəlman ölkəsini böyük havadarlarının işarəsi ilə Yəmənin gününə sala bilir. Bu məsələ ölkəmizdə də belədir. Axund var ki, məsciddə başına kifayət qədər adam yığıb, o adamlar açıq aşkar xaricdə oturan hansısa ruhaniyə təqlid edirlər. Bu da xalqımız üçün təhlükədir. Cəmiyyətimiz isə qətiyyən radikal fikirli fiqurları dəstəkləmir, hətta onlara nifrət edir. Çünki radikallıq xalqınızın ümumi adət-ənənəsinə, milli təfəkkürünə zuddir. Hesab edirik ki, cəmiyyətdə özlərinə yer tapa bilməyən bu radikal qruplar tədricən aradan gedəcəklər. Əvvəllər də demişik, xaricdə dini təhsil qadağan edilməklə yanaşı, orada təhsil alanları dini vəzifələrə yerləşdirmək ölkəmizdə dini abu havanın ahəngini pozur. Bu zaman da fərqli hava ortaya çıxır. Dövlətin uğurlu siyasəti nəticəsində Azərbaycan bu cür təhlükələrdən sığortalanıb. Aparılan işlərin davamlı olsa, gələcəkdə də belə bir təhlükənin yaranma ehtimalını sıfıra endirir.

Cəmiyyətin də radikal qruplaşmaları dəstəkləməməsi dövlətin bu istiqamətdə apardığı siyasətə tam dəstək ifadə edir.

Bu maarifləndirmə tədbirlərinin nəticəsidir ki, artıq vətəndaşlarımız da başa düşürlər ki, milli və mədəni dəyərlərimizə yad olan ideyalar, əslində hansı məqsədlərə xidmət edir. Bu da radikal dini qruplara ölkəmizdə ciddi sosial baza yaratmağa imkan vermir.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, ölkəmizdə aparılan maarifləndirmə tədbirləri ilə yanaşı, qeyri-ənənəvi, xüsusilə xurafatı, radikallığı və ekstremizmi yayan, dini siyasiləşdirməyə çalışan bəzi radikal quruplar hələ də fəaliyyətlərini davam etdirirlər. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları, demək olar ki, maarifləndirmə tədbirləri ilə paralel gedir və onların belə bölücü fəaliyyəti dini maarifləndirmənin effektivliyinə təsirsiz ötüşmür. Ancaq qeyd etdiyimiz kimi, dövlətin apardığı uğurlu siyasət, radikal qruplaşmalarla mübarizə onları öz məqsədlərinə çatmağa qoymur.

Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.