adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2018 16:12
52082
MARAQLI
A- A+

Azərbaycanda azsaylı xalqların inkişaf prioritetləri – Tolerantlıq nümunəsi

Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar, 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu isə SSRİ dövrü ilə müqayisədə nəinki azalıb, hətta artırıb. 1989-cu ilin statistik məlumatlarına əsasən (Qeyd edək ki, bu ümumittifaq əhali siyahıyalınmasında SSRİ dövrü üçün sonuncudur) Azərbaycanda azsaylı xalqların sayı 115-ə çatıb. Qeyd edək ki, bu rəqəm 1926-cı ildə 95 olub. Bunlardan ən çox yayılanlar isə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, molokanlar, ingiloylar, qaraçılar, assiriyalılar, udilər, almanlar, ruslardır. Digər azsaylı etnik qrupları isə azsaylı, daha çox qrup halında yaşayırlar.

Sözügedən azsaylı etnik qrupların Azərbaycan ərazisində yaşaması üçün dövlət olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub ki, bunların da sayı 50-dən çoxdur. Azsaylı milli azlıqların müdafiəsi ilə məşğul olan təşkilatların, dövlət qurumların da sayı kifayət qədərdir. Son məlumatlara görə bu qəbildən olan təşkilatların sayı 40-45 arasındadır. Bununla yanaşı demək olar ki, hər bir azsaylı milli azlıqların məskunlaşdığı regionlardan onlara aid mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir. Onların öz dillərində jurnallar, qəzetlər nəşr olunur. Azsaylı milli azlıqlara aid olan ictimai birliklər də hazırda fəaliyyətdədir. Televiziya efirlərində, radiolarda və digər mətbuat orqanlarında milli azlıqların etik-mədəni həyatı, etnoqrafiası haqqında materialları hazırlanır, yayımlanır. Hətta 5 bölgədə, milli azlıqların yaşadığı ərazilərdə onlara aid teleradio kanalları fəaliyyət göstəri. Bütün bunlarla yanaşı rus dilində 19, gürcü dilində 6 orta ümumtəhsil, 35 benəlmiləl orta məktəb fəaliyyət göstərir. Azsaylı xalqların nümayəndələrinin böyük əksəriyyəti isə Azərbaycan dilində təhsil alır. Öz dillərində təhsil almalarına heç bir qadağa qoyulmadığı halda, Azərbaycan dilində təhsilə önəm verən azsaylı xalqın nüyayəndələri bunu məcburiyyətdən deyil, öz müstəqil fikirləri ilə seçirlər. Bu faktların özü də Azərbaycanı tolerant ölkə kimi bir daha təsdiqləyir. Təsədüfi deyil ki, 2016-cı il Azərbaycanda multikultiralizm ili kimi qəbul olunmuşdu və bu istiqamətdə keçirilən bütün dövlət əhəmiyyətli tədbirlərdə Azərbaycanın tolerant ölkə olduğu ilə bağlı azsaylı xalqların öz nümayəndələri fikirlərini bildirmişdi.

Məsələn, Moiseye Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir ki, bu da tədqiqatçıların fərqli fikirlərinə baxmayaraq bu azsaylı xalqın qətim tarixə və kökə mənsub olduqlarını göstərir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən qovulanlardır. Azərbaycanda hazırda yaşayan yəhidilərin əslində zamanından Midiyada məskunlaşdırılmış İsrail yəhudilərinin nəslindən olduğu deyilir. Nə qədər mübahisəli məsələ olsa da, bəzi tədqiqatçılar bu faktın artıq sübuta yerildiyini dəfələrlə bəyan ediblər. Hətta iddialara görə onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlardır. Onlar Midiyada məskunlaşarkən yerli tatarlarla qaynayıb qarışıblar və bunun təsirindən irəli gələrək dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünür ki, bunlardan qubвalılar (о) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbədə, şirvanlılar (şirvoni) şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı-oğuzlular Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı ərazisində yaşayırlar.

YUNESKO-nun 2005-ci ildə qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti yerli mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Təsədüfi deyil ki, Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq aləmdə örnək nümunəsi kimi göstərilir. Bir fakta istinad etmək kifayət edər ki, Azərbaycanda əsrlər boyu etnosların hüquqlarının necə qorunduğunu görmək mümkün olsun. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət- ənənələrinin və dilinin qorunub saxlanılması üçün Azərbaycan dövləti tərəfindən lazım olan bütün işlər görülüb və bundan davam etdirilir.

Ölkə başçısı İlham Əlieyvin təşəbbüsi ilə etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə iki ildən bir azsaylı xalqların incəsənəti festivalı keçirilir ki, bu da aqrtı ənənə formasını alıb. Digər tərəfdən onların adət- ənənəsini, mətbəxini, folklorunu inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində işlər görülür. Onların mədəni irsini əhatə edən filmlər və verilişlər xarici dillərə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.

Yer kürəsində 2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Dünyada bu qədər xalq, millət və etnik qrupun olması bir o qədər də psixologiya, etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, yaşadılması həm də müasir demokratik dünyada inkişafın başlıca prinsipinə və göstəricisinə çevrilmişdir. Hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikasının da olması tolerantlığın başlıca göstəricisidir. Həm də Azərbaycanın tolerantlıq göstəricisi dünya ölkələri üçün bir nümunədir.

Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.