deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bu il Azərbaycanda 400-dən çox körpə qüsurlu DOĞULUB Adalet.az | Bu il Azərbaycanda 400-dən çox körpə qüsurlu DOĞULUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bu il Azərbaycanda 400-dən çox körpə qüsurlu DOĞULUB

3131    |   2018-09-13 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486722-dən artıq ümumi müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, bu müraciətlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeyd edilir.

Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub.

Təcili yardıma ən çox bu xəstəliklə bağlı müraciət edilib

Rəsmi məlumata görə, ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olub. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub.

Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.

Qəzalar zamanı travma alanlar

Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.

Doğuş haqda

Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.




İmza:

Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı YENİ XƏBƏR

“Piylənmə qaraciyər çatışmamazlığına, arterial təzyiqin artmasına..." - MÜSAHİBƏ

Günvurmadan özümüzü necə qoruyaq? - İLKİN TİBBİ YARDIM

“Ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmamasıdır”

Tahir Budaqov: Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var

Bakıda çəkisi 950 qram olan körpə doğuldu

Azərbaycanda tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi

Bu gün "Ağ olüm"lə mübarizə günüdür

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər

Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

Xərçəngə meydan oxuyan içki

Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI

SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK