adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Sentyabr 2018 12:21
13194
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

2018/2019-cu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum olub.

Prezidentin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.

Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.

Ali Məktəbin adı

nəfər

1

Bakı Ali Neft Məktəbi

26

2

Azərbaycan Tibb Universiteti

24

3

Azərbaycan Dövlət İqtisad Universiteti

18

4

Bakı Dövlət Universiteti

12

5

ADA Universiteti

11

6

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

8

7

Polis Akademiyası

1

8

Naxçıvan Dövlət Universiteti

1

9

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - UFAZ

1

Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.