adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Sentyabr 2018 12:07
12568
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÖYNƏMƏYƏSƏN...






























Yanan ürəyimin közünə bax , gül...
Bu közə sən isin , özünə bax , gül!..
Bir yol ürəyinin sözünə bax gül -
Gözlərin dolanda göynəməyəsən...

Əlimi əlinin izinə hopdur...
Gözümün nurunu gözünə hopdur...
Pərvanə ruhumu özünə hopdur -
Yanağın solanda göynəməyəsən!..

Şam kimi əriyən ömürdü , gündü
Heç yerə çatmayan haraydı , ündü...
İndidən düşün ki ...Əbülfət söndü -
Tək -tənha qalanda göynəməyəsən...