Mən necə manyak oldum? – Oğuz Ayvaz yazır

OĞUZ AYVAZ
31008 | 2018-09-14 16:21

Gecənin bir aləmi televizorda qorxulu film axtarırdım.Kanalların birində bir xəbər diqqətimi çəkdi. Gözlərimi ekrana dikdim. Azərbaycanınrayonlarında manyaklar peyda olub deyirdilər. Dizlərim əsdi. Titrlərdəaparıcının silueti xortdana bənzəyirdi. Qorxumdan televizoru söndürüb, ədyalabüründüm. Düşündüm ki, bu manyaklar Bakıya da gələ bilər. Bu fikirlə yuxuyatilov atdım.

Yuxumda manyaklarınməhəlləmizdə peyda olduqlarını görürdüm. Əli bıçaqlı, ağızları qanlı əllərinə kimikeçirirdilərsə xirtdəklərini üzürdülər. Evin pəncərələrini, qapısını yaxşıcabağlasam da tezliklə onlar məni tapdılar. Evin qapısını balta ilə yarıb məni ələkeçirdilər. Bu an zəngli saatın səsi məni yuxudan oyatdı.

- Dur, işə gecikirsən...Çayı süzmüşəm. - deyə yoldaşımın səsi məni özümə gətirdi.

Əynimi geyinib küçəyəçıxdım. Boğazım da bir yandan ağrayır, səsim tutulurdu. Yəqin ki,soyuqlamışdım. Məhəlləmizdə bir topa adam dayanacaqda avtobus gözləyirdilər. Eləhəvəslə, iştahla yola baxırdılar ki, elə bil bu avtobus onları xoşbəxt uzaqlaraaparacaqdı.

Metro da tünlükgörünürdü. Basabasın içində sıxıla-dura işə çatdım. Liftin qabağında gözlərindəböyük eynək, saçları pırtlaşıq, sifətindən kütlük yağan bir kişi dayanmışdı. Bukişidən heç gözüm su içmədi. Öz-özümə dedim ki, bəlkə piyada qalxım redaksiyaya.O an lift ağzını açıb, nəfəsini dərdi. Məcbur bu kişiylə liftə mindim. Oarxada, mən irəlidə. Lift ağır-ağır yuxarı dartınırdı. Həyəcan, qorxu boğazımadüyünlənir, əllərim əsirdi. Mənə elə gəlirdi ki, bu manyaka bənzəyən kişiarxadan bıçağı kürəyimə saplayacaq. Qəfil geri qanrılıb kişinin yaxasındanyapışdım.

- Məndən nə istəyirsiniz?

- Ay bala əlini çək,dəlisən nəsən...

Lift dayandı,qapılar üzümüzə açıldı. Kişinin yaxasını buraxıb üzr istədim. O da arxamcadonquldandı. Dediyi cümlələr ağlımda redaktə edib gülümsündüm.

Axşam işdən evəqayıdarkən binamızın işıqlarının söndüyünü gördüm. Öz-özümə deyindim ki,qaranlıqda necə gedəcəm evimizə. Üstəlik hər yerdə də manyak söhbətləridolaşır. Vay indi mənim halıma. Alışqanımın fənərini yandırıb pillələriqalxmağa başladım. Tez-tez döngələrdə divarlara işıq salır, səksənirdim. Dəhlizəçatanda qapıların birində belini əyib qapıyla əlləşən bir adam gözümə dəydi. Bubəlkə manyakdır? İndi mən neyləyəcəm? Özümdə güc tapıb naməlum adamın kölgəsinədoğru addımladım.

Deyəsən,addımlarımdan duyuq düşdü. Fanar işığında onun sərxoş üzü xoşbəxtcəsinəgülümsündü. Məlum oldu ki, bu kişi qonşumuz Cavanşir dayıdı. Yerində ləngərvururdu. Qapını aça bilmir, qayıq kimi ora-bura yellənirdi. Əlindəki açarıgötürüb evlərinin qapısını açdım.

Evə gəldim. Di gəlqapı açılmadı.

- Aç da, aççç!

- Kimsən?

- Mənəm daa...

- Sən kimsən e?

Soyuq dəydiyindən səsimdəyişmişdi. Yoldaşım da qorxusundan elə bilirdi manyakam. Gördüm xeyriolmayacaq. Almaz xalagilin qapısını döydüm. Deyəm ki, bizim qapını döyün, deyingələn Oğuzdu. Bu qonşu da ordan kimsən dedi, səsimi tanımadı. Nə qədər and amanelədim ki, Oğuzdu, qonşudu. Xeyri olmadı. Evə zəng elədim.

-Alo.

-Alo… Oğuz sənsən?

O an telefonumunbateriyası söndü. Qaldım havada. Saatlar keçir, dəhlizdə pişik kimi ora-buragedir, qapının açılmağını gözləyirdim. Çarəsiz özümü küçəyə atdım. Vaxtın keçməsiüçün parka yola düşdüm. Parkda bir inni-cinni gözə dəymirdi. Hava da soyumuşdu.Külək boş skamyalarda vurnuxur, vahiməli səs ətrafa yayılırdı. Manyaklar da beləhavaları çox sevir. İşıq gələn tərəfdə qaraltı gözümə dəydi. Maraq boğdu məni.Nəydi o qaraltı? Birdən özümü cırtdanın nağılındakı kimi hiss etdim.

TƏQVİM / ARXİV