ANA SƏHİFƏ / YAZARLAR

Mən necə manyak oldum? – Oğuz Ayvaz yazır

8681    |   2018-09-14 16:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gecənin bir aləmi televizorda qorxulu film axtarırdım. Kanalların birində bir xəbər diqqətimi çəkdi. Gözlərimi ekrana dikdim. Azərbaycanın rayonlarında manyaklar peyda olub deyirdilər. Dizlərim əsdi. Titrlərdə aparıcının silueti xortdana bənzəyirdi. Qorxumdan televizoru söndürüb, ədyala büründüm. Düşündüm ki, bu manyaklar Bakıya da gələ bilər. Bu fikirlə yuxuya tilov atdım.

Yuxumda manyakların məhəlləmizdə peyda olduqlarını görürdüm. Əli bıçaqlı, ağızları qanlı əllərinə kimi keçirirdilərsə xirtdəklərini üzürdülər. Evin pəncərələrini, qapısını yaxşıca bağlasam da tezliklə onlar məni tapdılar. Evin qapısını balta ilə yarıb məni ələ keçirdilər. Bu an zəngli saatın səsi məni yuxudan oyatdı.

- Dur, işə gecikirsən... Çayı süzmüşəm. - deyə yoldaşımın səsi məni özümə gətirdi.

Əynimi geyinib küçəyə çıxdım. Boğazım da bir yandan ağrayır, səsim tutulurdu. Yəqin ki, soyuqlamışdım. Məhəlləmizdə bir topa adam dayanacaqda avtobus gözləyirdilər. Elə həvəslə, iştahla yola baxırdılar ki, elə bil bu avtobus onları xoşbəxt uzaqlara aparacaqdı.

Metro da tünlük görünürdü. Basabasın içində sıxıla-dura işə çatdım. Liftin qabağında gözlərində böyük eynək, saçları pırtlaşıq, sifətindən kütlük yağan bir kişi dayanmışdı. Bu kişidən heç gözüm su içmədi. Öz-özümə dedim ki, bəlkə piyada qalxım redaksiyaya. O an lift ağzını açıb, nəfəsini dərdi. Məcbur bu kişiylə liftə mindim. O arxada, mən irəlidə. Lift ağır-ağır yuxarı dartınırdı. Həyəcan, qorxu boğazıma düyünlənir, əllərim əsirdi. Mənə elə gəlirdi ki, bu manyaka bənzəyən kişi arxadan bıçağı kürəyimə saplayacaq. Qəfil geri qanrılıb kişinin yaxasından yapışdım.

- Məndən nə istəyirsiniz?

- Ay bala əlini çək, dəlisən nəsən...

Lift dayandı, qapılar üzümüzə açıldı. Kişinin yaxasını buraxıb üzr istədim. O da arxamca donquldandı. Dediyi cümlələr ağlımda redaktə edib gülümsündüm.

Axşam işdən evə qayıdarkən binamızın işıqlarının söndüyünü gördüm. Öz-özümə deyindim ki, qaranlıqda necə gedəcəm evimizə. Üstəlik hər yerdə də manyak söhbətləri dolaşır. Vay indi mənim halıma. Alışqanımın fənərini yandırıb pillələri qalxmağa başladım. Tez-tez döngələrdə divarlara işıq salır, səksənirdim. Dəhlizə çatanda qapıların birində belini əyib qapıyla əlləşən bir adam gözümə dəydi. Bu bəlkə manyakdır? İndi mən neyləyəcəm? Özümdə güc tapıb naməlum adamın kölgəsinə doğru addımladım.

Deyəsən, addımlarımdan duyuq düşdü. Fanar işığında onun sərxoş üzü xoşbəxtcəsinə gülümsündü. Məlum oldu ki, bu kişi qonşumuz Cavanşir dayıdı. Yerində ləngər vururdu. Qapını aça bilmir, qayıq kimi ora-bura yellənirdi. Əlindəki açarı götürüb evlərinin qapısını açdım.

Evə gəldim. Di gəl qapı açılmadı.

- Aç da, aççç!

- Kimsən?

- Mənəm daa...

- Sən kimsən e?

Soyuq dəydiyindən səsim dəyişmişdi. Yoldaşım da qorxusundan elə bilirdi manyakam. Gördüm xeyri olmayacaq. Almaz xalagilin qapısını döydüm. Deyəm ki, bizim qapını döyün, deyin gələn Oğuzdu. Bu qonşu da ordan kimsən dedi, səsimi tanımadı. Nə qədər and aman elədim ki, Oğuzdu, qonşudu. Xeyri olmadı. Evə zəng elədim.

-Alo.

-Alo… Oğuz sənsən?

O an telefonumun bateriyası söndü. Qaldım havada. Saatlar keçir, dəhlizdə pişik kimi ora-bura gedir, qapının açılmağını gözləyirdim. Çarəsiz özümü küçəyə atdım. Vaxtın keçməsi üçün parka yola düşdüm. Parkda bir inni-cinni gözə dəymirdi. Hava da soyumuşdu. Külək boş skamyalarda vurnuxur, vahiməli səs ətrafa yayılırdı. Manyaklar da belə havaları çox sevir. İşıq gələn tərəfdə qaraltı gözümə dəydi. Maraq boğdu məni. Nəydi o qaraltı? Birdən özümü cırtdanın nağılındakı kimi hiss etdim.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK