MİLANDA ÖLÜM

VAQİF YUSİFLİ
39226 | 2013-04-13 08:46

VahidMəmmədlinin imzası artıq Azərbaycan oxucularının çoxuna tanışdır. Beynəlxalqcinayət hüququ üzrə fəlsəfə doktoru olan, ədalət keşikçisi tək hal-hazırdaprokurorluq sistemində çalışan Vahid Məmmədli bir yazıçı kimi də məşhurlaşmağabaşlayır. O, Avropanın və Rusiyanın ənböyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindənbiridir, Rusiyada və Azərbaycanda bestsellərə çevrilən "Tunc Allahınyükü", "Cəllad tələsməyi sevmir", "Heksogenli yolyoldaşı" əsərlərini qələmə almışdır. O, həmçinin Rusiyanın ilk qansızdöyüş romanının ("Tunc Allahın yükü"), Azərbaycanda isə fentezijanrında yazılmış ilk əsər olan "Atropatena dastanı" trilogiyasınıqələmə almışdır.

Axırıncıəsər haqqında "Tənqid.net" jurnalında(təsisçi və baş redaktoru TehranƏlişanoğludur) yığcam bir məlumatla oxucuları tanış etmək istəyirəm: "Adı ölkəmizinhüdudlarından kənarda tanınan, rus dilində döyüş və detektiv janrlarda yazdığıəsərləri böyük oxucu auditoriyaları qazanmış Vahid Məmmədli Azərbaycan dilindəfentezi janrını ilk olaraq yaratmaq qərarını vermişdir. Onun üç kitabdan ibarət"Atropatena dastanı" trilogiyası bu janrın tələblərinə tam cavabverən əsərdir. Məşğuledici süjet, magiya və sehrlər aləmi, nağıl və fantastikmacəralar, detektiv döyüş və sevgi səhnələri ilə süslənmiş əsər oxucunuAzərbaycanın qədim dövrünə-Albaniya və Atropatena civarlarına aparır. Burdadəqiq tarixi faktlardan söhbət getmir. Amma uydurulmuş qəhrəmanlar, başdaAlpaner olmaqla qədimlik ruhu və milli qəhrəmanlıq kultunu yaratmağa xidmət edir.Xeyir və şər qüvvələr arasında gedən mübarizə nağıllarda olduğu kimi xeyirintəntənəsi ilə bitir. Bir zaman nağıl qoynundan çıxmış müasir insanlığın gerçəkziddiyyətlər və şər fonunda hünər və qəhrəmanlıq dastanına aşkar ehtiyac var.Trilogiyadan alınan başlıca qayə budur".

Siz az daolsa, Vahid Məmmədlinin özü və əsərləri barədə məlumat əldə etdiniz. İndi isəonun "Qanun" nəşriyyatında işıq üzü görmüş "Milanda ölüm"povestlər, hekayələr kitabından söz açmaq istəyirik.

Kitabda ikipovest, dörd hekayə təqdim edilir və bu əsərlərlə tanış olan oxucunun bu yazıları birnəfəsəoxuduğunu dəqiq bilirəm. Vahid Məmmədli bir nasir kimi çevik və dinamik süjetqurmağı bacarır, təsvir etdiyi obrazları daim hərəkətdə (həm canlı, həm dədaxilən, psixoloji baxımdan) verir, qəfil və gözlənilməz hadisə və olaylarısüjetin "ərazisiniə" daxil etməklə oxucunu yorulmağa qoymur, bəziməqamlarda isə psixoloji təhlillərə və boyalara meyl edir. Onun təsvir etdiyiqəhrəmanlar isə adi insanlardır, amma onların adiliyində qeyri-adiliklər də varvə oxucunu da elə bu qeyri-adiliklər cəlb edir. Öncə "Buddanınqayıdışı" povestinə müraciət edək.

Povestinqəhrəmanı kapitan Məsud İbrahimzadə çox təmiz adamdır. Ömrü boyu amalı, həyatməramı o olub ki, özünü hər cür rəzalətdən, çamurluqdan xilas eləsin. Amma öztəmizliyini, saflığını qoruya-qoruya həyatın təzadlarından keçib, onun mənəvidünyasında təzyiqlər, təqiblər, zərbələr zəlzələ kimi, tufan kimi hiss olunub.O, Yer üzünün cənnəti olan Hindistanda da olub, burada ilk baxışda Kauşari adlıbir qıza vurulub, bu qızın sevgisi onun qəlbində ömrünün sonuna qədər işıqlıduyğularla yaşayıb, onu pisliklərdən, yamanlıqdan qoruyub. Məsud ailə həyatındauğursuzluqlarla üz-üzə gəlib. Birinci arvadı Zübeydə ondan pul, para tələbedib. Amma Məsud o yolu seçməyib və buna görə də boşanıblar. O, qızı Səbinəyəhəsrət qalıb. "Səbinə doğulanda necə də sevinmişdi Məsud. Özünə sözvermişdi ki, onu dünyanın ən xoşbəxt qızı kimi böyütsün. Qızı bu evdə "yox" kəlməsieşitməməli, gözü tox, xanım-xatın böyüməlidir, yaxşı təhsil almalıdır. MəsudSəbinəylə nəfəs alırdı. Fikirləşirdi ki, bu qızcığac Ulu Tanrının ona bəxşelədiyi ən böyük paydır. Onun Səbinəylə bağlı neçə gözəl arzuları, planlarıvardı". Amma bu arzuların heç birini o, həyata keçirə bilmir. Zübeydə iləboşanandan sonra qızı da ondan get-gedə soyuyur.

Məsudunikinci evlilik həyatı da uğursuzluqla davam edir. Belə ki, xasiyyətindəkihəlimlik və humanizm ucbatından Janna adlı şişman bir qadınla evlənib. O, Jannaki, oğlu adam öldürüb, qalmağa yeri yoxdur və Məsud onu evinə gətirirvəgdoğrudan da, çox qəribə insandır bu Məsud və Vahid Məmmədli də onun buqəribəlikləri ilə təmiz, saf həyat tərzi arasında heç bir ziddiyyət görmür.Bunlar bir-birini tamamlayır. Məsud işdə də bu təmizliyi, mənəvi saflığı qoruyabilir. Onu hara göndərirlərsə, rüşvətdən, ona təklif olunan pul-paradan imtinaedir. İş yoldaşları arasında ona "səfeh" deyənlər tapılır. Beləliklə,oxucu lap sovet dövründəki "müsbət qəhrəman"la tanış olur. Amma belə deyil. Sovet dövründəki"müsbət qəhrəman" ölməməliydi, pisliklərə, şərə qalib gəlməliydi vəbelə də olurdu. Məsud isə ölür... Özü də necə. Yana-yana. Onun Hindistan-Kauşari xəyalı sanki gerçəkləşmişolur. "Cırıltıyla yanan odun qalaqlarından seyrək tüstü göyə qalxırdı.Toplaşıb buludu xatırladan tüstü qatında birdən-birə Kauşarinin sifəti aydıngöründü. Kauşarinin kədərli qara gözləri ətrafı dolaşıb, sanki kimisə böyükintizarla axtarırdı. Birdən Kauşarinin gözləri ona sataşdı. Həsrət dolubaxışlarla süzdü, sanki ona əl eləyirdi: - Məsud! Məsuuud! GəlgGəlgGəl.."

"Milandaölüm" povestində də müəllif eyni ideyanı davam etdirir: təsvir etdiyiobrazlar adi insanlardır, amma onların mənəvi aləmi saf və işıqlıdır. Povestdəbir ailənin taleyi izlənilir. Baba-kababçı Nadir, oğul-iqtisadçı Zakir,nəvə-Qarabala. Vahid Məmmədli bir nəslin nümayəndəsi olan bu üç insanı üç görümnöqtəsindən təqdim edir. Kababçı Nadir öz peşəsinin ustasıdır, amma bu gözəlpeşəsini ehtikara, qazanc mənbəyinə, qaz vurub qazan doldurmağa çevirmir, çünkihəmişə nəfsini tox saxlayır, Allah yolundan çıxmır. Savadı olmasa da, oğlunuoxutdurur, sonra nəvəsini də özü himayə edir, ona da peşəsini öyrədir. Müəllifoğul haqqında Baba və Nəvə ilə müqayisədə çox az danışır, görünür, elə birehtiyac duymur. Əsas diqqəti isə Qarabalaya verir.

Qarabalamüasir Azərbaycan gəncidir. O, nəslin üçüncü pilləsi kimi inkişaf məqamındadır.Ancaq onun bu inkişaf məqamını müəllif dolğun təsvir etməkdən çəkinmişdir.Oxucu bilmək istəyir ki, Qarabalanın düşüncə tərzində, həyata münasibətindəhamı meyllər diqqəti cəlb edir.gBunun əksinə, müəllif onu macəra xarakteridaşıyan hadisələrə sürükləyir. Onu İtaliyaya "ezam" edir. Ammapovestdə Arif obrazı öz kamilliyi və dolğunluğu ilə diqqəti cəlb edir. Arifməmləkətin-Azərbaycanın taleyiylə yaşayan, 20 Yanvar qırğını zamanı gözləriyləqanlı bir faciənin şahidi olan və bu hadisəni heç bir vaxt unutmayan insandır.Həyatda belə insanların sayı o qədər də çox deyil. Arif görür ki, Qarabaladənizdə az qala batan bir qızı xilas edir, onun izinə düşür, bu təmiz qəlblicavanı pis adamlardan qoruyur və tezliklə onlar dostlaşırlar. Onun ölümü dətəsirlidir: "Əyləci basdı...gƏyləcin və şinlərin tükürpədici səsləriEyyubun mahnısını yarımçıq qoydu. Maşın ispan öküzü kimi nərə çəkdi, yerindəfırlandı və aşdı...gdikəldi... bir də aşdı.

Göykişnədi, bulud ağladı...

Küləkminlərlə əskinası ətrafa səpələmişdi.

"Kontujenu"Arif, blatnoy Arif qan içində yolun ortasında can verirdi. O, gözlərini əbədiyumdu..."

Hər ikipovestin sonluğu ölüm səhnəsi ilə başa çatır. Amma bu ölümlər arasında fərqvar. "Buddanın qayıdışında"Məsudun ölümü təbii və labüd idi, çünki onun ölümünü zəruriləşdirən mənəvifaktorlar vardı. "Milanda ölüm" povestində isə Qarabalanın sevdiyiqadın-Monikanın faciəli ölümü təsvir olunur. Doğrusu, bu ölümü zəruri edən birsəbəb tapammıram. Həm də əsərlərin sonluğunu ölüm səhnəsi ilə bitirməkfikrimizcə, ənənəyə çevrilməməlidir.

VahidMəmmədli aydın və səlis yazı üslubuna yiyələnmiş bir yazardır və onunpovestlərindəki təhkiyə tərzi öz sadəliyi və təbiiliyilə seçilir. Cümlələri anlaşıqlıdır,dil xətalarına nadir hallarda rast gəlirik, onun təhkiyeyi-kəlamı oxucularımüəyyən ovqata kökləyə bilir, yəni oxucu kədərlənir, həyəcanlanır, sevinir,qəzəblənir və s.

Hekayələrindədə Vahid Məmmədli TƏMİZ İNSAN obrazlarıilə bizi qarşılaşdırır. "Mən qatarları sevirəm", "Qırmızıböyürtkən", "Mavi rəngli kostyum" hekayələrini birləşdirən birxətt var ki, o da təsvir olunan qəhrəmanların mənəvi təmizliyidir. "Mən qatarları sevirəm... Bunun həmçoxdan keçmiş illərlə, həm də yaxın keçmişlə bağlı tarixçəsi var. Həyatımın ənçətin, məsul məqamlarında, nə qədər qəribə olsa da, məhz qatarlar məni hifzeləyib. Qatarlar məni arzularımaqovuşdurub". Hekayədə Qatarobrazı simvolik-rəmzi məna daşıyır. Qəlbi böyük arzularla döyünən, hüquqşünasolmaq istəyən bir gənci-kasıb bir oğlanı rüşvətxor institut rəhbərləriarzularına yetməyə qoymurlar. Amma o, sarsılmır, qatarla geri qayıdır:"Özümü çox tənha hiss elədim. Anam üçün darıxdım. İndi mənə doğma və yaxınolan bir şey vardısa, o da bu qataridi. Məni rektorun və məsul katibin pəncəsindən xilas etmiş bu qatar...

Bələdçininkupesində divardan bir şəkil asılmışdı. Başında qızılgüllərdən çələng olan gəncbir oğlanın əlində qəlyan vardı".

Həmin bugənc növbəti ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur.İnstitutu bitirəndən sonra Londona köçür, dünyanın bir çox ölkələrində olur,səyahətlərə çıxır. Və günlərin birində Vətənə qayıdır. Burada otuz il ərzindəbaşqa ölkələrdə təhsil almış ən məşhur tələbələrlə görüşdə iştirak edir vəbaxıb görür ki... vaxtilə ondan rüşvət tələb eləyən rektorun məsul katibi indinazirdir. Deyəsən, nazir də onu tanıyır.Və hüquqşünas gənc "Bakı-Moskva" qatarına bilet alır. Baxıb görür ki,bələdçinin otağında başında qızılgüllərdən çələng olan gənc bir oğlanın şəkliyenə divardan asılıb.

Beləliklə,yeniyetməlik dövrü yada düşür, xəyalların həqiqətə çevrildiyi anlar isə QATARobrazında reallaşır. "İlk dəfə bu qatarla gedəndə məni çaya qonaq etmişbələdçinin üz cizgiləri o qədər yadımda olmasa da, kupenin divarındakı şəkilyadımda idi. Bu qatarda çox az şey dəyişmişdi. Eynilə o çağlarımdakı həmin qataridi... Bu dəfə də həmin qatarməni xilas elədi. Miskin adamı ertəsi gün bir daha görməmək üçün"...

"Qırmızıböyürtkən" hekayəsində də Qırmızı böyürtkən simvolik mənaya daşıyır. Bu daonun mənəvi saflığın, təmizliyin, bütöv əqidənin timsalı olmasıdır. Qırmızıböyürtkən Ünal üçün dolanacaq mənbəyi yox, sevgidir, gözəllikdir, insanihissdir, duyğudur. Hekayədən belə məlum olur ki, artıq keçən əsrin doxsanıncıilləridir. Məktəb direktorunun haqlı olaraq cəzalandırdığı, məktəbdən qovduğuAbisalam kəndə qayıdıb və burada villa tikdirir. Özü də villanı elə yerdə inşaetdirir ki, məktəb direktorunun köhnə evi kölgədə qalır, binövrəni o qədərdərin qazdırır ki, direktorun evi çat verir. Artıq dünya dəyişib, Abisalamlarartıq birinci sıraya keçiblər, pul onların əlindədir və Abisalamlarbaşqalarının sevdiklərini də əllərindən ala bilirlər. Ünalın sevdiyi Paknurindi Abisalamın arvadıdır. Amma bu dünyada Abisalamlar yadda qalmayacaq,xatirələrdə yaşamayacaqlar.

YaşayanQIRMIZI BÖYÜRTKƏN xatirələri olacaq. O xatirələr ki, insanıəyilməyə, sınmağa qoymur. Qırmızı böyürtkən həyatın, gözəlliyin məna vəmahiyyətidir, sevginin ölməzlik təcəssümüdür və hekayənin də qayət mənası eləbudur...

"Mavirəngli kostyum" hekayəsinə gəlincə,burada yenə haqqında söz açdığım povest və hekayələrdəki ideya təcəssüm olunur.Bir az macəravi süjetlə diqqəti cəlb edən hekayədə maraqlı obrazlarlaqarşılaşırıq. Ənvər, İzolda, Ünal ...özünəməxsus cizgilərlə təsvir edilib.Ümidvarıq ki, Vahid Məmmədli gələcək hekayələrində mümkün qədər macəraçılıqdan qaçacaq, təsviretdiyi obrazları sırf real planda təqdim edəcək.

VahidMəmmədlinin hekayə və povestləri göstərir ki, nəsrimizə öz sözü olan, həyathadisələrinin təsvirində özünəməxsus boyaları, rəngləri ilə diqqəti cəlb edənbir nasir gəlib və biz ona daha uğurlu əsərlər yazmağı arzulayırıq...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV