adalet.az header logo
  • Bakı 13°C
12 Sentyabr 2018 18:28
9331
GÜNDƏM
A- A+

Nazir Aşurədə şagirdlərin dərsdən yayınmasından danışıb

"Məktəb şagirdinin əsas funksiyası məktəbdə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək".

Adalet.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Aşurə gündə şagirdlərin dərsdən yayınmasını şərh edərkən deyib.

O, bildirib ki, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə də çatdırılacaq. Valideynlər şagirdlərin dərsdə olması üçün maraqlı olmalı və bunu təmin etməlidirlər".