adalet.az header logo
  • Bakı 19°C
12 Sentyabr 2018 18:42
17781
ELM VƏ TƏHSİL
A- A+

Bakının ən yaxşı və ən zəif məktəbləri

Son 4 ildə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən irəliləyən və geriləyən məktəblərin siyahısı müəyyənləşib.

Adalet.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. O qeyd edib ki, siyahıya əsasən Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbəri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.

"Ötən tədris ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı azalıb, nəticələr 0.54 yaxşılaşıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb".