adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Sentyabr 2018 17:51
11772
ELM VƏ TƏHSİL
A- A+

BDU ilə Türkiyə ali təhsil müəssisəsi memorandum imzalayıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb.

BDU-dan verilən məlumata görə, universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor A.Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor P.Battal, öz növbəsində, BDU-da olmaqdan məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4 məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.