adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
35373 | 2013-04-13 08:42
"Altmışıncılar"dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimizkimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdırandeyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətinbütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızınaltmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eynianlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn,sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat vəya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adlarıortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç dəkönül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcəonlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

VƏ NƏHAYƏT MƏNİMTANIDIĞIM ŞAİR TOFİQ HÜSEYN HARADA O "İŞIQ"lı GÜNLƏR…

Yox,beynimi yordu bu yazı, heç dəxli olmasa da yazacam, amma düşünürəm ki, dəxlivar. Necə dəxli yox ki, bir zamanların çox tanınan şairlərindən biri "indiartıq on ildir şeir yazmıram" - deyir və hətta şeir yazmamağı bir yana,ümumiyyətlə, ədəbiyyata canında bir qıdıq var, baxmayaraq ki, özü də indi eləədəbiyyatdan bir o qədər də uzaq deyil. Onun içindədir. Bizim qəzetlərdənbirinin xüsusi müxbiri olaraq yazılar yazır. Amma çox maraqlıdır ki, o yazılarınədən o bədii ədəbiyyat hesab eləmir, bax bunu mən tam anlamış deyiləm.

Birzamanlar da eynən gözəl publisistik yazılar yazan və hətta görüş anlarındatez-tez xatırladığımız gözəl və unudulmaz şairimiz İsa İsmayılzadənin bir şairolaraq hər zaman simpatiya ilə yanaşdığı Tofiq Hüseyng

Uzun birzaman kəsiyindən sonra, yəni üz-üzə təxminən 10 il görüşmədikdən sonra, amma gənclik illərimizdə daha tez-tezgörüşdüyüm Tofiq Hüseyn mənə yazar Azər Abdullanın yanından telefon açır və təbiiki, ilk sözü bu olur: tanımadınmı? Birmüddət dayanıram, bu aradan o istifadə eləyir. Məni çox yormamaq üçün, təbii,bu da bir mədəniyyətdir, bəs Tofiq Hüseyndir, - deyir.

Bir TofiqHüseyn (ov) da var, o tənqidçidir.

Və şairTofiq Hüseyni səsindən indi artıq aydınca tanıyıram və bir az danışandan sonra,mənim dəvətim üzərə: Mən oralara, Yazarlar Birliyinə gəlmək istəmirəm, - deyir.

Tofiq ilkyazar deyil və mən bunu bir çox ədəbiyyat adamından eşitmişəm, amma bunun nəanlam daşıdığının fərqinə varmasam da, düşünmüşüm ki, hər kəsin öz işdir bu,amma bir az dərininə varanda, mən buadamların Yazarlar Birliyindən incik düşdüklərinin alt qatını da görürəm vəbelə anda həqiqətən əsəbiləşirəm və bir az sərt də olsa: a balam, bura mənim vəkiminsə ata-dədə evi deyil, buranınqapısı hamının üzünə açıqdır və siz nədən bunu bu qədər şişirdirsiniz,bilmirəm.

Baxın,həqiqətən daha başqa bir neçə şair, məsələn, çox sevdiyim Zakir Fəxri də birdəfə belə bir şey dedi, amma vallah, heç bir şey anlamadım düzü. Anlamadığımüçün (yox bir az anlayıram) də yenə də düşünürəm ki, bu onların şəxsi işidir.

Sonradüşünürəm ki, bu ŞƏXSİ işlər görün haraqədər gedib çıxırg

Keçmişlərdəçox aktiv ədəbiyyat adamı olan, şair Tofiq Hüseynlə görüşürük və oturub xeylidərdləşirik, ötənlərə qayıdırıq, Tofiq Hüseyn elə hey yazar Məmməd Orucusoruşur, o da gəlir, onu da çağırıram və çox az oturur bizimlə, amma TofiqHüseyn onu bir neçə dəfə soruşduqdan sonra mən onu çağırıram və YazarlarBirliyində bir şahmat "dərsi" var, bir çoxları ən azından bu şahmatoynamaq üçün buralara gəlir, şükür ki, bir şey şirnikdirir onları. Baxıram ki,bu yazarlar Natəvan klubunda olan görüşlərin heç birisinə getmirlər, lapqulaqlarının dibində olsa belə. Bu da onların işidir düşünürəm.

Amma bu dadərin bir şeydir. Maraqlıdır, mən Tofiq Hüseynlə söhbət ərəfəsində bir neçədəfə "şeir yazırsanmı, deyə inadla soruşaram, o bir az da gülümsünərək :yox, yazmıram", -deyir.

Ammaəsəbiləşmir.

Sonra nəişlə məşğul olduğunu soruşuram və doğrudur indi məşğul olduğu iş şeir yazmaqdandaha sərfəli və xalq, millət üçün daha gərəkli bir şey və mən bir az da təəccüblənirəm. Baxın bizim bir çoxyazarlarımız bu BİLGİSAYARA, KOMPÜTERƏ yad baxsalar da, onlar barmaqla yazmağındaha dadlı olduğunu düşünürlər (məsələn: gözəl yazar Nəriman Əbdülrəhmanlı)bəli, onlar bu kompüter olayına dırnaqarası baxsalar da, şair Tofiq Hüseyn indimərəzdən uzaqda Əlibayramlıda yaşasa da bir KOMPÜTER ÖYRƏTMƏ (loru dildə desək) müəssisəsi qurmuş və daha mühüm bir iş olaraqgələcəyin vətəndaşlarına bu kompüterlə necə çalışmaq kimi bir vərdişin dərsləriylə məşğuldur, özübirbaşa dərs vermir, amma dərs verən, öyrədən müəllimləri var.

Mən fəxrləbaxıram Tofiq Hüseynə bu işi qurduğu üçün, amma, sadəcə düşünürəm ki, nə gözəl: bir ziyalı və şair indi daha mühüm bir işlə məşğuldur və bunu hələlik yürüdəbilir və hər il bir neçə azərbaycanlı balasına kompüterdə işləmək imkanınısaxlayırsa, nə gözəl düşünürəm.

Və özümün də şeir yazmaq sənətinə bir oqədər də keyfli baxışım olmasa da, düşünürəm ki, Tofiq Hüseyn neyçin şeiryazmır və heç yazmır. Mən inad edirəm ki, deyirəm ki, Tofiq indi daha yaxşışeirlər yaza bilərsən, çünki həyatını nisbətən qurmusan və sən indi daha özünlüşeirlər yazıb oxucularını sevindirə bilərsən (bu SEVİNDİRMƏK məsələsi bir azsovet cağını xatırlatdı məncə, olsun) ən azından dostların səni oxuyar, ammayox, Tofiq heç şeir yazmayıb BU SON ON İLDƏ və şeir yazmağı bir yana buədəbiyyat aləmindən nə qədər uzaq duşübsə Yazarlar Birliyinin pilləkənləriyləaşağı düşəndə gözəl tənqidçimiz Arif Əmrahoğlu qabağımıza çıxır və məngörüşürəm, baxıram ki, Tofiq lal-dinməzdir, tanış eləyirəm: Arif müəllimədeyirəm bu şair Tofiq Hüseyndir və Tofiq Hüseynə deyirəm ki, bu da bizim gözəltənqidçimiz və Yazarlar Birliyinin katibiArif Əmrahoğludur.

Təbii,burada qeyri-adi bir şey olmasa da bunun alt qatında vallah, insanı incidəcəkbir çox məqamlar da var. Mən bunun üstündən Tofiq Hüseynə bir misal danışıram.

Deyirəm ki,İstanbulda olanda eşitmişəm bunu. Və deyirəm ki, bir türk bir bakkala, bizimcəbir dükana girir və sakitcə soruşur:Əfəndim, sizdə ƏTİN KİLOSU KAÇDIR.

Yəni, ətinkiolusu neçəyədir?

Dükançıbaxırg baxır və dərindən bir ah çəkərək soruşur:

Əfəndim,SİZ KAÇ YILDIR ƏT YEMİYORSUNUZ?

Yənibizimcə: SİZ NEÇƏ İLDİR ƏT YEMİRSİNİZ?

Təbii, mənbu misalı oradan ayrılandan sonra Tofiq Hüseynə danışıram. Və həqiqətən bizimziyalıların bir-birindən nə qədər qopuk düşdüyünün fərqinə varıram.

Yox, buartıq bizim hər birimizin şəxsi işimiz deyil. Bir zamanların aktiv bir şairininindi ən gözəl tənqidçini və Yazarlar Birliyinin katibini tanımaması adi bir haldeyil mənim fikrimcə.

Və mənə eləgəlir ki, hətta Tofiq Hüseynin bu gün qurduğu işdə məhz onu yazarlığı böyük birtəkan olmuşdur. Tofiq Hüseyn ət dükanıaçmamış, paltar-palaz mağazası açmamış (bunları açsaydı da bir qəbahət yox,məncə) və bir çox yaxşı insanların köməkliyi ilə bizim gənc insanlarımızaçağımızın çox vacib bir işini öyrənmək üçün irəli durmuşdur. Bunu ancaq vəancaq alqışlamaq mümkündür.

Və yenə dədeyirəm: vsetaki Tofiq, indi sən daha yaxşı şeylər yaza bilərsən, ona gərə ki,sən yalnız ədəbiyyatdan ədəbiyyat kimi yararlanacaqsın, daha mütləq 12 minişarət yazım və filan qədər (şayət versələr) alım kim bir ağrın olmayacaq.

Bu var işiniçində və düşünürəm : Tofiq Hüseyn güman ki, yaxşı şeylər yazacaq bizimədəbiyyatımız üçün. Ona görə belə deyirəm ki, ən azından onun yazılarını bizimgözəl şairlərimizdən biri İsa İsmayılzadə çox sevirdi.

Not: Baxın,əyər siz mənim onunla olan bir öncəki iki yazımı oxumusunuzsa, deməli mən ozaman yanlış düşünməmişəm. Tofiq Hüseyn çox nəfis və gözəl şeirlər olan birkitab yayınlatdı. Televizyona çıxdı. O verilişə ki, hər adam ora çağırılmır.İstanbıl türkləri demiş: DARISIBƏZİLƏRİNİN BAŞINA.

[email protected]

www.tofigabdin.com

Tofiq Abdin

TƏQVİM / ARXİV