adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Sentyabr 2018 17:00
10477
DÜNYA
A- A+

Baş katib: Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq

Ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq.

Adalet.az-ın məlumatına görə, bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa deyib.

Y.Suqa bildirib ki, Yaponiya Kuril arxipelaqının cənub adalarının qaytarılması üzrə danışıqları davam etdirməyə çalışacaq və yalnız bundan sonra sülh sazişi imzalana bilər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abeyə sülh müqaviləsi bağlamağı təklif etmişdi.