ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda peyda olan qara plaşlı manyak – Heç kim onu tuta bilmir

19064    |   2018-09-12 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayxan Ayvaz yazır... 

Maraqlı ölkə olduğumuzun hər dəfə şahidi oluruq. Bəlkə də bizim roman yazmağa, film çəkməyə ehtiyacımız yoxdur. Ölkəmizin özü hər dəfə maraqlı bir roman yazır, gözəl bir filmi ekranlara daşıyır.

Təzə bir manyak peyda olub. Bəlkə də manyaklar. Ölkənin dörd tərəfindən xəbərlər gəlir. İsmayıllıdan, Cəlilabaddan, Bərdədən...

"Yaradıcı manyak” ifadəsi nə qədər doğrudur, bilmirəm. Amma bu zəhmətkeşlər həqiqətən də qəribə hərəkətləri ilə "iş yoldaş”larından fərqlənirlər.

Məsələn, biri qadınların alt paltarlarını oğurlayırmış.

İsmayıllıda olub hadisə.

Camaat təşvişə düşüb. Manyakı tutmaq üçün səfərbər olanda qəbiristanlıqdan qadınların alt paltarları bayraq tək sallanıb. Qəribə mənzərədir, elə deyilmi? Elə bil Kusturitsanın filmidir.

Bu manyakın başı qaçıb nədir? Qardaş, oğrusansa, gir evə, qızıl götür, televizoru, komputeri qoltuğuna vur. Qadının alt paltarı nəyinə lazımdır? Hələ bunu qəbirlərin üzərinə qoyub əkilmək hardan çıxdı? Nə demək istəyirsən? İndi oxuduğumuz romanları, baxdığımız filmləri analiz eləməyi bir kənara qoyub əlimizi çənəmizə dayaq edib sənin hərəkətinin sosioloji, psixoloji, fəlsəfi qatlarını araşdıraq?

Niyə başımızın qarışıq vaxtı özündən hoqqa çıxarırsan? Bəlkə sən də gənc yazarsan? Gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxırsan. Onsuz da kitabın oxunmayacaq, havayı yerə qadınların alt paltarını qaçırdıb qəbir daşlarının üstünə atma.

İlahi, düşünürəm, düşünürəm, bu manyakın fəlsəfəsini çözə bilmirəm. Bəlkə bu onun uşaqlıq yaddaşındakı bir uçurumdur? Nə bilmək olar? Ola bilsin, bu hoqqaları sırf bir nəfər üçün edir.

Heç nə də... İşə düşmüşük. İndi o adam bunun işarələrini başa düşənə qədər qəbir üstündən qadın paltarlarını yığacağıq.

Hələ biri var, o bundan da betərdi. Gecənin tünd yarısı girib evə, yeniyetmə bir qızın əlindən tutub. Qızı təsəvvür edin indi. Qaranlıqda ürəyi gedib. Buna su verib ayıldana qədər manyak qardaş aradan çıxıb. İncəvara, onu görən də olub. Xanım qızımızın xəyalındakı kimi ağ atlı oğlan deyilmiş. Ağ atlı nəydi e? İndi hansı qız ağ atlı oğlan axtarar? Allah haqqı, mənim də başım qaçıb. Seriallardakı yaraşıqlı oğlanlardan birini xəyal edirmiş bəlkə də qız. Xəyalları suya düşüb. Manakımızın təsviri: uzun qara plaşlı kölgə adam. Yaxşı bir detektiv süjet çıxarmaq olar. Çingiz Abdullayevin Allahı verdi.

Alt paltarları oğurlayanla bunun yüz faiz əlaqəsi var. Bizim ölkədə də bir Behzat Ç yoxdu ki, araşdırsın. Məcburam özüm hadisələri muncuq kimi yan-yana düzüb manyakı tapım. Bu yazının axırında manyakı tapacağımızı zənn edirsinizə, yanılırsınız. Gəlin, əl-ələ verib manyakı birgə axtaraq. Nolar oxucu olanda? Elə sizin işiniz ancaq yazı oxumaqdı? Bir yaralı barmağa müalicəvi münasibətiniz yoxdur?

Deməli, bir manyak qadınların alt paltarını qaçırır, o biri Romeo kimi romantikcəsinə qızların əllərindən tutur.

İkisini bildik. Yüz faiz, elə bir adamdırlar. İnanın, bu səydərəş hərəkət yalnız bir adamın ağlına gələ bilər.

Deməli, manyak bir adamdı. Çünki görənlərin təsviri eynidir. Qara plaşlı adam. Hələ bu evləri də daşlayırmış. Burda yenilikçi deyil. Uşaqlar da bunu eləyir, mollalar da. Məncə, təzə metod tapsın. O manyakı göndərək Həccə, şeytanları daşlasın. Bəlkə belə xeyri dəyər bizə. Görünür, şeytan ona atılan daşlardan məharətlə sıyrılıb kənd evlərinə doluşub. Bəlkə o manyak Məkkədən bu yana şeytanın dalınca düşüb?

Bir nəfər də yazıb ki, manyak İsmayıllının Qubaxəlilili kəndindədir, srağagün inəklərin əmcəyini kəsib. Sonra da paltarları töküb küçəyə. Hadisəni danışan dostumuz manyakı bu cür təsvir edib: "Saçlı eybəcər şeydi”. Bir-iki ürəkli adam üstünə cumub, tuta bilməyiblər. Manyak sən demə, qaçış üzrə rekord qırıbmış. Hüseyn Bolt olmasın bu? Hələ inəklərdən nə istəyirsən, zalım balası? İnəyin südü burnundan gəlsin!

Manyakın daha bir xüsusiyyəti: paltarları eşələyir, səpələyir evə və çıxıb gedir. Qəfil qaçdığı yerdə tutub yaxasından soruşsalar: "Yoldaş manyak, nəyə görə paltarları qarışdırırsan?” Cavab verə: "Uşaq vaxtı paltarları qarışdıranda atam məni döyürdü” Yenə bir sual: "Bu paltarları kim geyinəcək bəs? Qardaşmı olacaq, yadmı olacaq? Bəlkə ən yaxşı donunu geyinəcək olan qadın o donu tapa bilməyəcək?”



Bu yerdə sual verən qardaşın sözünü kəsib manyaka üzümü tuturam.

Əziz manyak qardaş! Bu qədər maraqlı, özünəməxsus, fərqli tərzini nəyə görə boş şeylərə xərcləyirsən? Otur bir yerdə detektiv roman yaz. Sənin Elxan Elatlıdan nə əksiyin? Qəşəngəcənə yaz, çap elə, məşhurlaş. Biz də düşək sənin arxanca, müsahibə eləyək, çörək pulumuzu qazanaq.

BONUS: Manyak bu yazını oxuyacaqsa, indidən xəbərdarlıq edim: bizim birotaqlı evdə mən heç özümü tapa bilmirəm, birdən işdi-şayət evə girmək istəsə, yanlışlıqla mənim əlimi tutsa... Bu hissəni saxlayaq gələn bölümlərimizə...



İmza:Ayxan Ayvaz

Sərnişinlər 175 nömrəli avtobusdan niyə düşürülüb? - RƏSMİ AÇIQLAMA

Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

ZƏKULLA BAYRAMLININ FÜZULİ DÜNYASI

GÜNÜN LƏTİFƏSİ

Prezident Malinin dövlət başçısını təbrik edib

İlham Əliyev ailəsi ilə açılış mərasimində

“Ermənistan dövləti Dağlıq Qarabağdan şərtsiz çəkilməlidir”

“Cümhuriyyət parlamenti dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb”

Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK