adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Sentyabr 2018 16:35
7607
MƏMLƏKƏT
A- A+

Azərbaycana əlavə 100 pambıqyığan kombayn gətirilib

Azərbaycana əlavə 100 pambıqyığan kombayn gətirilib.

Adalet.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

İ.Kərimovun sözlərinə görə, bu mövsüm pambıq yığımında təxminən 400 kombayndan istifadə olunacaq:

"Bütün mexanizatorlar treninq keçib və sertifikat alıblar. Bu cür sertifikatlara malik olmayan mexanizatorlar pambıq yığımına buraxılmayacaq”.

Qeyd edək ki, bu il Azərbaycanın 22 rayonunda 260 min ton pambığın yığılması gözlənilir. Xatırladaq ki, bu rəqəm 2016-cı ildə 90 min, 2017-ci ildə 207 min ton olmuşdu.