FRANSA KEçMiŞ MƏğLUBiYYƏTLƏRiNiN HEYFiNi çIXIR

AQİL ABBAS
32113 | 2006-10-14 09:06
Fransa Türkiyə ilə heç vaxt kişi ədavəti apara bilməyib. Həmişə kişi döyüşlərində məğlub olub. Tarixdən o da məlumdur ki, Napoleon Krımda türk əsirlərini güllələdi. Və Osmanlı imperiyası dağılanda Fransa az qala başsız qalmış, ordusuz və silahsız, əliyalın türklərlə döyüşə girdi və biabırcasına məğlub oldu.
   
   Fransızlar həm özləri Türkiyə ilə müharibə eləyirdilər, həm də Andronikin rəhbərliyi ilə erməniləri silahlandırıb Türkiyənin içindən Türkiyəni vurmaq istəyirdilər. Atatürk isə qeyrətlə silahlanmış əsgərləri ilə fransızları da məğlub elədi, erməniləri də.
   
   Bir məşhur tarixi hadisə var.
   
   Atatürk bir kəndə gəlir. Adətiymiş, əyanları həmişə ondan yarım saat məsafə saxlayırmışlar ki, Atatürk millətlə səmimi söhbət eləyə bilsin. O vaxt qəzet yox, televiziya yox ki, millət Atatürkü görən kimi tanıyaydı. Bəli, Atatürk kəndə girir və görür ki, bir kişi təzə tikdiyi evin divarlarına ərəb əlifbasıyla yazır":: "Bir türk beş fransıza bərabərdir". Soruşur ki, bu nədir yazırsan.
   
   - Kardeşim, mən Qəhrəman Maraşda görmüşəm bunu. O döyüşün iştirakçısı olmuşam. Mustafa Kamal Paşanın başçılığıyla fransızlara qarşı savaşırdıq. Fransız ordusunun iyirmi beş min əsgəri vardı, biz isə beş min nəfəriydik, qalib gəldik. Ona görə də belə yazıram.
   
   Atatürk gülür və deyir"::
   
   - Sən gəl belə elə, onu poz, yaz ki, BİR TÜRK BÜTÜN DÜNYAYA ƏVƏZDİ!
   
   İndi Fransa əslində heç də cındır ermənilərin tərəfini saxlamır. Həmin o məğlubiyyətlərinin hayfını almaq istəyir. Kişi kimi döyüşə bilməyənlər həmişə arvad kimi belə intiqam alırlar.
   
   Bununla dünya dağılmayacaq, Türkiyə də məhv olmayacaq. Milçək bir şey deyil, sadəcə ürək bulandırır.
   
   Vaqif Bayatlının təbirincə desək":: "TÜRK, MİN İLLƏRİN GÜN İŞI?I KİMİDİR, NƏ QƏDƏR BASDIRSAN YENƏ TORPA?IN ÜSTÜNDƏ QALAR!"
   
   Və yaxud Mehmet Akifin sözləri ilə desək"::
   
   MƏRKƏZİ XAKƏ ATSALAR DA BİZİ,
   
   KÜRREYİ-ƏRZİ PARTALADAR, ÇIKARIZ!
   
   Ulu Öndərimiz Heydər Əliyev deyir":: "BİZ BİR MİLLƏT, İKİ DÖVLƏTİK!"
   
   İndi Fransanın atdığı bu addım təkcə bir millətə, Türkiyə dövlətinə qarşı atılmış addım deyil, həm də bizə qarşı atılmış bir addımdır.
   
   Möhtərəm Prezidentimiz İlham Əliyev öz sözünü dedi, bəyanatını verdi":: "AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏK VERMƏK İQTİDARINDADIR!"
   
   İndi biz öz dəstəyimizi əməli işimizdə göstərməliyik, bütün variantlarda. Ən əvvəl Fransanın həmsədrliyindən imtina etməliyik. Bundan başqa, fransız mallarını baykot etməliyik, eybi yox, bir az fransız ətri vurmarıq, millətdən də fransız iyi deyil, millətin öz iyi gələr. Bu xalqın işidi. Əsas iş siyasətçilərin və hökumətin üzərinə düşür.
   
   Onu da qeyd edim ki, Fransada 3 milyondan artıq türk yaşayır və Fransanın iqtisadiyyatında onların böyük rolu var. Həmin türklər də öz sözlərini deməlidirlər. Cəhənnəm hər şey, ən azı kişilikdən düşməkdə olan, kişisizləşməkdə olan Fransada fransız qadınlarıyla əlaqə saxlayıb bu millətə kişi calağı vurmamalıdırlar.
   
   Və sonda. Elman Bayraqdar, hardasan, gəl bir on-on beş xoruzun pulunu verim, apar burax Fransa səfirliyinin qabağına.

TƏQVİM / ARXİV