adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Sentyabr 2018 15:01
9099
HADİSƏ
A- A+

Mingəçevirdə yanğın - 1 nəfər ölüb, 6-sı xilas edilib

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.