adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Sentyabr 2018 14:51
8374
SİYASƏT
A- A+

Parlamentin Mədəniyyət komitəsi toplandı

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclasda komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib.

O, Milli Məclisin yaz sessiyasında komitə tərəfindən görülən işlər barədə məlumat verib.

Daha sonra iclasın gündəliyinə daxil edilən "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Mədəniyyət haqqında” və "Milli Arxiv fondu haqqında” qanununa texniki xarakterli dəyişikliklər müzakirə olunaraq, qəbul edilib.