adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS:AZƏRBAYCANDA NƏ VAXT FUTBOL OLACAQ?!

AQİL ABBAS
114029 | 2018-09-13 10:04

AFFA-nı,Azərbaycan çempionatını yeri gəldikcə mən də top atəşinə tuturam, tənqid edirəm.Və AFFA-nın rəhbərliyində təmsil olunan şəxslərlədə çox səmimi dostluq münasibətlərimiz var.Yazanda yox, bir yerdə oturub dərdləşəndə daha çox tənqidi fikirlərimi deyirəm. Futbolun regionda inkişafı ilə bağlı xahişlərim də olur, bu xahişlərimdə heç vaxt cavabsız qalmayıb, sağ olsunlar.

AmmaAzərbaycanda futbolun inkişafı təkcə AFFA-dan asılı deyil. Futbolu necə inkişaf etdirmək olar?

Birrayonun timsalında örnək gətirmək istəyirəm. Dünyanın hələ top vaxtı yox, düz vaxtı olandaAğdamda orta məktəbdə oxuyurdum. Fikir verin görün birrayonda futbol üzrə neçə çempionat keçirilirdi?

Şəhərdə10 məktəb vardı və bu məktəblərin dördündəkistadionlar standartlara uyğun idi – 90x45.Bundan başqa şəhərdə İmarət deyilən stadionvardı – 120x60, hərbi hissənin stadionuvardı standarta uyğun. Bu stadion hamının üzünə açıqıydı. Bunlardan başqa,şəhərdəki 50 nömrəli peşə məktəbinin də 90x45 stadionu vardı. Məktəbin idman müəllimisonralar Qarabağ müharibəsində batalyon komandiriolmuş məşhur güləşçi və şəhid Sənan Rüstəmovun atası Əkbər Rüstəmov həmin stadionuaz qala futbolun məbədinə çevirmişdi. Həraxşam hamı yığılırdı həmin stadiona, həttayaşlı adamlar da futbol oynayırdılar.

Vəonu da xüsusilə qeyd edim ki, bu stadionlarınhamısı təbii ot örtüyü idi.

Vəməktəblər arasında çempionat keçirilirdi.İndiki Azərbaycan çempionatından iki komanda artıq idi.Cədvəllər tutulurdu stadionlarmüəyyənləşdirilirdi, hansı məktəbinki stadionu kiçik idi, yəni 60 metrlik idionların oyunları salınırdı böyük stadionlara. Sadəcə oyunları üç hakim yox, bir hakim idarə edərdi. Fikirləşin, təkcə ən azı 200-250 uşaq bu çempionatlarda təmsil olunurdu.Hələ məktəblərdə siniflərarası yarışları demirəm.

Bundanbaşqa, kolxoz və sovxozlararası çempionatkeçirilirdi. Bu da təxminən 25 komandademək idi. Kolxozlar vardı ki 4-5kənddən ibarət idi, onlar da öz aralarında futbol oynayırdılar və bu oyunlarda seçilənlər ümumi komandaya cəlb olunurdu.

Peşəməktəbləri arasında çempionat keçirilirdi. Bundan başqa,məhlələrarası yarış keçirilirdi. Yuxarıda saydığımyarışları Rayon İdman Komitəsi (AllahQədir müəllimə rəhmət eləsin) və Rayon MəhsulCəmiyyəti (Allah Nadir müəllimə rəhməteləsin) təşkil edirdi, məhlələrarası yarışıisə Şəhər Təsərrüfat İdarəsi. Və daha sonra Pionerlər Evi şəhər məktəblərindəki aşağı siniflər arasında Bulvardakı 60 metrlikstadionda yarış keçirirdi. Və təbii ki, 1-ci, 2-ci, 3-cü yeri tutanlar mükafatlandırılırdı. Yəni Ağdamın «Qarabağ» komandasınınseçim imkanları Azərbaycanın indiki millikomandasının imkanlarından çox böyük idi. Mən də bir məhlə komandası düzəltmişdim, yarışlara çıxdıq, amma bir qələt edə bilmədik deyin istefaverdim.

Özüdə bu təkcə Ağdamda olmurdu. Gəncədə də beləydi, Lənkəranda da, Tovuzda da, Mingəçevirdədə, Ağcabədidə də, Xankəndində də. Yəni deməkolar ki, ölkənin bütün rayonlarında.

Onuda vurğulayım ki, bizim məktəblərarası keçirilən çempionatda bir oyuna gələn azarkeşlərin sayı bu gün Azərbaycan çempionatının bir turunda keçirilən 4 oyuna gələn azarkeşlərin sayından bir-iki dəfə çox idi.

Yadımdançıxmışdı, Zərdabda kolxozlararası bir futbolçempionatı keçirilirdi, heç Azərbaycan çempionatı o gərginliklə keçmir.

AğcabədininHacıbədəlli kəndində Qarabağ müharibəsi veteranları Milli Qəhrəman Etibar İsmayılovadına gözəl bir stadion yaradıblar və həril Etibar İsmayılovun şərəfinə kəndlərarasıçempionat keçirilir və mən də hərdən gedirəm azarkeşlik eləməyə. Hələ iyirmi ilbundan əvvəl də «Qarabağ» komandasını götürüb getdim həmin yarışlara və «Qarabağ»komandası Ağcabədinin komandası ilə oynadı.Oyundan sonra da həm formalarını, həm də toplarını yerli komandaya bağışladılar.

Bunuona görə qeyd etdim ki, çempionatımızın komandalarıildə bir-iki rayona gedib bir yoldaşlıq görüşükeçirə bilərlər, bölgə futboluna dəstək ola bilərlər.

İndimənə elə bir rayon göstərin ki, bunların bircəciyiniorda görə bilərsiniz. Göstərə bilməyəcəksiniz.

AFFA hər il bir neçə rayonda uşaq futbolunun inkişafı ilə bağlı tədbirlər keçirir. AFFA-nınvise-prezidenti, millət vəkili Rauf Əliyevləbirgə bu tədbirlərin bir çoxunda iştirak eləmişəm. Elə son iki ildə təkcə Ağdamda və Ağcabədidə iki dəfə belə tədbirkeçirilib. Və həmin tədbirlərdə rayon miqyasına baxaraq 300-400-500 uşağa futbol formasıbağışlanılır, sayı yadımdan çıxıb,nə qədərsə toplar bağışlanılıb, futbol təbliğolunur, sonra gözəl bir yarış olur və sair və ilaxır.

İndiMəhsul Cəmiyyəti deyəsən yoxdu, amma idman komitələri var. Özü də hər rayonda. Bəs, bu komitələrin işləri nədi? Gənclər və İdman Nazirliyi yerlitəşkilatlarıyla birgə rayonlarda futbolun inkişafı ilə bağlı nə işlər görür, hansıyarışlar keçirir?! Rayon icra hakimiyyətləri idmanın inkişafı üçün hansı tədbirlər planı hazırlayıbhəyata keçirirlər?!

Vəsonda. Komandaları Bakıya yığmaqla futboluinkişaf etdirmək mümkün deyil. Və bir də regional futbol federasiyaları bu sahədə hansı işlər görürlər?

Bugünlərdə Ağcabədidə yeni istifadəyə verilmiş Olimpiya Kompleksində AFFA ağcabədilivə laçınlı məktəblilər üçün yuxarıda qeydelədiyim tədbirlərdən birini keçirtdi,200 ağcabədili, 150 laçınlı şagirdə formavə toplar hədiyyə etdi. AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, millətvəkili Sabir Hacıyev və bəndəniz həmin tədbirdə iştirak edirdik. Tədbirdən sonraRauf müəllim və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov belə bir qərar qəbul elədilər ki, Ağcabədidə məktəblərarası regional bir yarış keçirsinlər.

İstərdimki, belə yarışlar təkcə Ağcabədidə deyil,digər regionlarda da təşkil olunsun. Rayon icra hakimiyyətləri bu məsələyə xüsusi diqqətayırsınlar.

Deyəbilərsiniz ki, ölkədə futbol akademiyaları varuşaqlar üçün. Bəs, akademiyaya gələnəqədər o uşaq harda futboloynamalıdı və ya yetişməlidi?

Azərbaycanonda Maltanı udacaq ki, regionlarda futbololacaq, təkcə Bakıda yox!


TƏQVİM / ARXİV