adalet.az header logo
  • Bakı 13°C
12 Sentyabr 2018 13:33
11047
GÜNDƏM
A- A+

TURİZMƏ QARŞI TƏXRİBAT

Azərbaycanda turizm sürətlə inkişaf edir. Otellər və restoranlar bir az tamahlarını aşağı salsalar, çox keçməz Gürcüstanla bəhsə girə bilərik.

Oxuyuram ki, guya 8 min ərəb Azərbaycanda SPİD-ə yoluxub. Və bizim yazılı mətbuat , eləcə də saytlar bu məlumatı tirajlayırlar, özü də şərhsiz. Bu bizi istəməyən qüvvələrin təxribatından başqa bir şey deyil. Şişirdilmiş yox ey, min dəfə şişirdilmiş rəqəmdi bəlkə də. Onda belə çıxır ki, azı 300 min də azərbaycanlı kişilər SPİD-ə yoluxub.

Belə xəstələrin dəqiq uçotu aparılır və Səhiyyə Nazirliyində də var. Bu təxribata layiqli cavab vermək lazımdı.

Hələ bir iraqlı da vardı ey, gəlib film çəkib – bizim barlardan, nə bilim küçə qadınlarından. Özünün ölkəsi xəritədən silinib, gəlib bizə dərs deyir.