adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Sentyabr 2018 13:23
15143
İQTİSADİYYAT
A- A+

Nazir Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet sahələrini açıqladı

Azərbaycan və Çexiya bir çox sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir bildirib: "Ölkələrimiz arasında maliyyə, sənaye, maşınqayırma və kimya sənayesi sahələrində münasibətlərin inkişafı üçün böyük potensial var".

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: "Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur”.

Qeyd edək ki, Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.