adalet.az header logo
  • Bakı 18°C
12 Sentyabr 2018 12:02
8746
SİYASƏT
A- A+

Əliyevlə Paşinyanın görüşü planlaşdırılmır – Ermənistan XİN

Hazırda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılmır.

AzVision.azxəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan jurnalistlərin "Ermənistan və Azərbyacan liderlərinin görüşü nəzərdə tutulubmu?” sualını cavablandırarkən deyib.

"Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsinə dair ortada müvafiq təklif var. Lakin görüşün keçirilməsi barədə tərəflər razılaşdırılmış qaydada özləri bəyan etmək niyyətindədirlər”, - deyə Ermənistan XİN-in rəsmisi bildirib.