Rövşən Lənkəranski Polat Alemdardan əskik oğlandır? - Eminquey yazır

34742 | 2018-09-13 10:12

Təxminən7-8 il idir ki, türk seriallarına baxmırdım. Bir dostum dedi ki, "Çukur” adındatürk serialı var, çox yaxşı çəkiblər. Baxsan, peşman olmazsan. Sonra gördüm ki,dostumun məsləhətini çox adam mənə deyir. Sindromu qırıb başladım bu serialın internetdəntəkrarlarına baxmağa.

Elə ilkseriyasından xoşuma gəldi. Türkiyədə çəkilən mafia seriallarının içində ənyaxşısı olmağa layiq bir serialdı. Qısaca məlumat verim ki, serial "Çukur” adlıbir qəsəbəyə başçılıq edən ailədən və qəsəbədə baş verənlərdən bəhs edir. 18yaşında atası ilə dalaşıb evdən qaçan, illərlə tək yaşayan, rokçuluq edənYamaçın məcburiyyət qarşısında qəsəbəyə, ailəsinin yanına qayıtması və onlarınailəsi ilə münaqişədə olan mafiozlarla mübarizəyə başlaması... Bir insanın ikiseçim arasında qalması serialın süjet xəttidir. Rokçu bir oğlanı necə mafiababasına çevirmək olar? "Çukur” bizə bunu çox yaxşı göstərir.

Serialdaklassik mafia babası obrazı darmadağın edilir və "belə də mafia babası olar?”fikri "olar!” cavabını tapır. Bu serial heç vaxt uydurma bir ssenari hesabına ərsəyəgələ bilməz. Baş verənlər mütləq ki, real hadisələrə köklənir. Serial haqqındasöhbəti burda yekunlaşdırıb keçirəm növbəti abzasa...

Türklərin"Kurtlar vadisi”ni götürək. İllərlə davam edir, reytinqlərdə ön sıralardadır.Bu serial türklərə də, bizə də neçə-neçə aktyorları sevidirib. Hətta serialın təsirindən bəzi qaqaşlarımızofisiant döyüb, baş kəsib. Bir ara özünü Polat, Memati kimi aparan, metroqapılarını qəhrəmancasına saxlayıb işə tələsən vətəndaşlarımızı içəriyə buyuredən oğlanlar peyda olmuşdu. Qara geyimli bu oğlanlar özlərini serialın hansısaçəkilişində hiss edir, növbəti stansiyada atışmaya gedəcəklərini zənn edirdilər...

Elə bu"qara oğlanlar” demişkən... Bizdə də kriminal aləmə böyük sevgi, rəğbət var. Bəlkəbu sevginin kökündə hüquqsuzluq dayanır. Bir adam çıxır və haqsızlıqla mübarizəapardığını söyləyir, insanlara kömək əli uzadır. Uzağa getməyək, elə Rövşən Lənkəranskinindəfnindəki izdihamdan hər şeyə bizə aydın olur.

Azərbaycanda kriminalaləm daha çox Rusiya mühitindən bəhrələnib. Bununla əlaqədar terminlər də rusmənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını dadeyirlər. Məlumatlar var ki, o vaxt yoldaş Stalin həbsxanalarda qayda-qanunyaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib.Məhz bu təşkilatlanmadan sonra "obşak" adlandırılan mexanizm qurulub.

"Obşak"mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında başverməsi çox mühüm amildir. Bəzi hallarda isə "obşak"ın rəyi ilə zortətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslananekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir.Bir çox varlı adamların vaxtaşırı "obşak" üçün "qref"etməsi, yəni müəyyən vəsait ayırması həmin şəxslərin "obşak"tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur.

Nəticədə,1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində "Qanunioğrular" meydana gəliblər. Onların yaranmasını Stalinin adı iləbağlayanlar çoxdur. İddialarına görə, ağır siyasi vəziyyətdə və ondan sonrakıaclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalifdüşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası" çoxlazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarətedirdi. 

Yarananaləmdə, "oğrular" qanunları tanımamalı, heç bir zaman qulluq etməməliidilər

LakinRusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlıolmasıyla razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar IINikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycandaisə həmin dövrdə bu tip insanlar "qoçu" kimi tanınırdılar. Elə "Oolmasın, bu olsun” filmindəki Qoçu Əsgər obrazı da buradan qaynaqlanır.

Böyük Vətənmüharibəsi illərində bəzi "qanuni oğrular" Vətəni müdafiə etmək üçünmüharibəyə yollanıblar. Bu addımları onların "qanunpərəstlər"tərəfindən xəbərçi mənası verən "qancıq" adlandırılmasına səbəb olur.Beləliklə, oğru dünyası iki hissəyə ayrılır və aralarında uzun sürən savaşbaşlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərindəiki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasındamübarizə nisbətən səngiyir, lakin "qanuni oğrular" öz ənənələriniqoruyub saxlaya bilirlər.

Sonralar"oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğuqanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı"qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha dakəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv Rusiyasıməhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir,sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin"dünya" bu gün də "Qara zon" adlanır.

Sözümonda deyil. Demək istəyirəm ki, bizim kifayət qədər məşhur lotularımız var.Rövşən Lənkəranskidən tutmuş, Lotu Cavanşirə kimi. Ümumiyyətlə, bir xalq kimiözümüzə də, dünyaya da ən çox xeyrimiz elə lotu yetişdirmək olub. Səhv etmirəmsə,Bəhram Çələbi Rövşən Lənkəranskihaqqında kitab da yazmışdı. Xalq arasında bu lotular, aftoritetlər haqqındaxeyli əhvalatlar, əfsanələr varkən, niyə bizim düz-əməlli bir mafia mövzusundaserialımız, filmimiz yoxdur?

Sovetdönəminə baxsaq, Rüstəm İbrahimbəyovun çəkdiyi Fuad Poladovun da başrolunu oynadığı "Ailə” filmi, daha sonra"Qara Volqa” kimi filmlər yada düşür. Elə Qaçaq Nəbinin özü də əslində birlotu, aftoritet obrazıdır. Ki, kəndlini bəladan xilas edir, özqayda-qanunlarını hakimlərə yeridir. Amma müasir dövrümüzdə bu qədər materialvarkən, adicə serial belə çəkilmir.

Yenidövrə baxsaq, Həmid Herisçinin ilk qadın qanuni oğru "Zerkla Klara” haqqında sənədlifilmi və hekayəsi var. Elə onun həyatı əsasında yaxşı bir film, ya da serial çəkməkolar.

Serialdemişkən... Deyəsən, bir mənasız serial çəkmişdilər. Adı yadımdan çıxıb. XəzərTv-də yayımlanırdı. Hələ biri də olmalıdır. Reytinq vermədiyinə və sponsortapılmadığına görə bütün qəhrəmanları tez-bazar öldürüb serialı başaçatdırmışdılar...

Həqiqətəndə böyük bir sevgi ilə qarşılanan bu cür adamların həyatından film, serial çəkəcəkqədər böyümədikmi? Bəlkə bizim Polat Alemdarımız, Yamaçımız yoxdur? Siz buhaqda düşünün, mən də yazımı bitirib bir siqaret yandırım.


TƏQVİM / ARXİV