viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Rövşən Lənkəranski Polat Alemdardan əskik oğlandır? - Eminquey yazır Adalet.az | Rövşən Lənkəranski Polat Alemdardan əskik oğlandır? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Rövşən Lənkəranski Polat Alemdardan əskik oğlandır? - Eminquey yazır

14369    |   2018-09-13 10:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təxminən 7-8 il idir ki, türk seriallarına baxmırdım. Bir dostum dedi ki, "Çukur” adında türk serialı var, çox yaxşı çəkiblər. Baxsan, peşman olmazsan. Sonra gördüm ki, dostumun məsləhətini çox adam mənə deyir. Sindromu qırıb başladım bu serialın internetdən təkrarlarına baxmağa.

Elə ilk seriyasından xoşuma gəldi. Türkiyədə çəkilən mafia seriallarının içində ən yaxşısı olmağa layiq bir serialdı. Qısaca məlumat verim ki, serial "Çukur” adlı bir qəsəbəyə başçılıq edən ailədən və qəsəbədə baş verənlərdən bəhs edir. 18 yaşında atası ilə dalaşıb evdən qaçan, illərlə tək yaşayan, rokçuluq edən Yamaçın məcburiyyət qarşısında qəsəbəyə, ailəsinin yanına qayıtması və onların ailəsi ilə münaqişədə olan mafiozlarla mübarizəyə başlaması... Bir insanın iki seçim arasında qalması serialın süjet xəttidir. Rokçu bir oğlanı necə mafia babasına çevirmək olar? "Çukur” bizə bunu çox yaxşı göstərir.

Serialda klassik mafia babası obrazı darmadağın edilir və "belə də mafia babası olar?” fikri "olar!” cavabını tapır. Bu serial heç vaxt uydurma bir ssenari hesabına ərsəyə gələ bilməz. Baş verənlər mütləq ki, real hadisələrə köklənir. Serial haqqında söhbəti burda yekunlaşdırıb keçirəm növbəti abzasa...

Türklərin "Kurtlar vadisi”ni götürək. İllərlə davam edir, reytinqlərdə ön sıralardadır. Bu serial türklərə də, bizə də neçə-neçə aktyorları sevidirib. Hətta serialın təsirindən bəzi qaqaşlarımız ofisiant döyüb, baş kəsib. Bir ara özünü Polat, Memati kimi aparan, metro qapılarını qəhrəmancasına saxlayıb işə tələsən vətəndaşlarımızı içəriyə buyur edən oğlanlar peyda olmuşdu. Qara geyimli bu oğlanlar özlərini serialın hansısa çəkilişində hiss edir, növbəti stansiyada atışmaya gedəcəklərini zənn edirdilər...

Elə bu "qara oğlanlar” demişkən... Bizdə də kriminal aləmə böyük sevgi, rəğbət var. Bəlkə bu sevginin kökündə hüquqsuzluq dayanır. Bir adam çıxır və haqsızlıqla mübarizə apardığını söyləyir, insanlara kömək əli uzadır. Uzağa getməyək, elə Rövşən Lənkəranskinin dəfnindəki izdihamdan hər şeyə bizə aydın olur.

Azərbaycanda kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Bununla əlaqədar terminlər də rus mənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt yoldaş Stalin həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra "obşak" adlandırılan mexanizm qurulub.

"Obşak" mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə "obşak"ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı "obşak" üçün "qref" etməsi, yəni müəyyən vəsait ayırması həmin şəxslərin "obşak" tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur.

Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində "Qanuni oğrular" meydana gəliblər. Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. İddialarına görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası" çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. 

Yaranan aləmdə, "oğrular" qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər

Lakin Rusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlı olmasıyla razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar "qoçu" kimi tanınırdılar. Elə "O olmasın, bu olsun” filmindəki Qoçu Əsgər obrazı da buradan qaynaqlanır.

Böyük Vətən müharibəsi illərində bəzi "qanuni oğrular" Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların "qanunpərəstlər" tərəfindən xəbərçi mənası verən "qancıq" adlandırılmasına səbəb olur. Beləliklə, oğru dünyası iki hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin "qanuni oğrular" öz ənənələrini qoruyub saxlaya bilirlər.

Sonralar "oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı" qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv Rusiyası məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin "dünya" bu gün də "Qara zon" adlanır.

Sözüm onda deyil. Demək istəyirəm ki, bizim kifayət qədər məşhur lotularımız var. Rövşən Lənkəranskidən tutmuş, Lotu Cavanşirə kimi. Ümumiyyətlə, bir xalq kimi özümüzə də, dünyaya da ən çox xeyrimiz elə lotu yetişdirmək olub. Səhv etmirəmsə, Bəhram Çələbi Rövşən Lənkəranski haqqında kitab da yazmışdı. Xalq arasında bu lotular, aftoritetlər haqqında xeyli əhvalatlar, əfsanələr varkən, niyə bizim düz-əməlli bir mafia mövzusunda serialımız, filmimiz yoxdur?

Sovet dönəminə baxsaq, Rüstəm İbrahimbəyovun çəkdiyi Fuad Poladovun da baş rolunu oynadığı "Ailə” filmi, daha sonra "Qara Volqa” kimi filmlər yada düşür. Elə Qaçaq Nəbinin özü də əslində bir lotu, aftoritet obrazıdır. Ki, kəndlini bəladan xilas edir, öz qayda-qanunlarını hakimlərə yeridir. Amma müasir dövrümüzdə bu qədər material varkən, adicə serial belə çəkilmir.

Yeni dövrə baxsaq, Həmid Herisçinin ilk qadın qanuni oğru "Zerkla Klara” haqqında sənədli filmi və hekayəsi var. Elə onun həyatı əsasında yaxşı bir film, ya da serial çəkmək olar.

Serial demişkən... Deyəsən, bir mənasız serial çəkmişdilər. Adı yadımdan çıxıb. Xəzər Tv-də yayımlanırdı. Hələ biri də olmalıdır. Reytinq vermədiyinə və sponsor tapılmadığına görə bütün qəhrəmanları tez-bazar öldürüb serialı başa çatdırmışdılar...

Həqiqətən də böyük bir sevgi ilə qarşılanan bu cür adamların həyatından film, serial çəkəcək qədər böyümədikmi? Bəlkə bizim Polat Alemdarımız, Yamaçımız yoxdur? Siz bu haqda düşünün, mən də yazımı bitirib bir siqaret yandırım.




İmza:Emin Akif

YAZARIN ARXİVİ

2019-07-11 : CİNAS BAYATILAR
2019-07-10 : VAQİF QARAYEV,
2019-07-04 : Başsız heykəl
2019-07-04 : Sirli Örənqala
2019-07-03 : SEVİLƏN PEDAQOQ
2019-07-02 : ŞƏRHSİZ...
2019-07-01 : TUTDƏY QUŞU
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK