ANA SƏHİFƏ / MÜSAHİBƏ

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

27692    |   2018-09-13 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəvan Cavid gənc ədəbi nəslin maraqlı imzalarından biridir. Onun "7” adında şeir kitabı çıxıb. Şeirləri maraqla qarşılanıb. Dünya ədəbiyyatından yazdığı esselərlə son vaxtlar diqqəti çəkir.

Adalet.az gənc yazar Rəvan Cavidlə müsahibəni təqdim edir.



- Necəsən Rəvan, kefin-əhvalın?

- Bir az tədirginəm – Bakı kimi. Əhvalım pis deyil, normal.

- Oxuculara maraqlıdır, özün haqda məlumat verərsən...

- Goranboy rayonunun Səfikürd kəndində doğulmuşam, 1998-ci ilin 19 yanvarında. Kəndimizin adı başıma çox oyun açıb, yenə də sevirəm oranı. Sonra Rusiyaya köçdük. Mətnlərimdəki xristian detallar altşüurumda kilsə zəngləri, xaç suyuna salınma mərasimləri qaldığındandı. 2004-də qayıtdıq və elə o il kənd məktəbində yazıb-oxumağa başladım. 2015-ci ildə Səfikürd Kənd tam Orta Məktəbinin məzunu oldum. İmtahan verdim. Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaat mühəndisliyi” ixtisasını seçdim. Valideynlərim elə istəyirdi. O zamanlar oxumağa həvəsim yox idi. 2011-ci ildə şeirlərim rayon qəzetində çıxırdı. Bəxtəvər idim. 2016-cı ildən 2018-ci ilə qədər AYB-nin "Gənc Ədiblər Məktəbi-3” layihəsinin üzvü oldum. Ulucay Akiflə, Eminqueylə, Müşfiq Şükürlü ilə orada tanış olmuşdum. 2017-ci ildə "7” adlı şeirlər kitabım çıxdı. Sonra da nəsrə marağım yarandı. Və hal-hazırda "525-ci qəzet” üçün esselər yazıram. Şeir yazmaqdan daha məsuliyyətlidir. Və məni xoşbəxt edir.

-Şeir yazmağı özündə nə vaxt kəşf etdin?

- Səkkizinci sinifdə oxuyanda. Ümumiyyətlə, ədəbiyyata, kitablara o zamanlar marağım yarandı. Kənd məni sıxırdı. Çox darıxdırıcı mühitdi. Vaxt keçdikcə dəli olurdum. Məni Çexov xilas etdi. Onun hekayələrindən sonra kitablara bağlandım. Yoxsa indi kənddə Amerikanın İrandan nə qədər güclü olduğunu müzakirə edirdim. Bəlkə bu daha yaxşıdı. Nə bilim...

-Rəvan Cavid niyə yazır? Ədəbiyyat onun üçün necə bir yerdi?

- Yazmaqdan başqa əlimdən gələn bir iş yoxdu. Mövzu ver, saatlarla onu araşdırım, sonra mətnə çevirim. Həyatda bacardığım tək iş budu. Heç skripka çalmağı da belə bacarmıram. Ədəbiyyat mənim üçün darıxmaqdı, adam darıxanda yaşamaq istəyir. Darıxdığını axırıncı dəfə qucaqlasın deyə.

-Yaradıcılıq üçün azadlıq önəmlidir. Azadlıq isə çox vaxtı nisbi qəbul edilir. Sənə görə azadlıq nədir?

- Mənə görə azadlıq şüursuzluqdur. Şüuru olan adam azad ola bilməz. Azadlıq – su kimi olmaq deyil, su olmaqdır.

-Ciddi ədəbiyyat demişkən, ümumiyyətlə, ciddi ədəbiyyat anlayışı məqbuldurmu sənin üçün?

- Bu çox vacibdi. Ciddi ədəbiyyat təbii ki ciddi mətndən yaranır. Ciddi mətni yazmaq üçün yazıçının intellektual dünyagörüşü, mütaliəsi, psixologiyası, empatiya duyğusu güclü olmalıdır. Əziyyət çəkməlidi. Mənim üçün dedektiv janr, məsələn, bir o qədər ciddi görünmür. Ya da şəxsi inkişaf kitabları. Amma, bunların olmağı həm də mütaliə sistemini müəyyənləşdirir. Dedektiv romanları vaxtında oxumalısan ki, Pol Osteri oxuyanda üslubla hadisəni ayırd edə biləsən.

-Şeirlər yazırsan. Oxucular tərəfindən maraqla da qarşılanır. Səhv etmirəmsə tənqidçi Əsəd Cahangir də sənin şeirini paylaşıb müsbət rəy bildirmişdi. Şeir yazmaq sənin üçün necə bir prosesdir?

- İçimdə çoxlu səslər var mənim. Hər gün eşitdiyim səslər yadımda qalır. Elə bir vaxt gəlir ki, mən onlardan birini daha aydın eşidirəm. Və şeir yazıram.

-Şeirlərində mənə görə, intonasiya çatışmazlığı var. Həm də şeirdə elə də uğur qazana bilməmisən.

- Bunu heç istəmirəm də. Sənin qardaşınla (Ayxan Ayvaz – red), mənim dostumla ən çox danışdığımız mövzu budur. Şeir dövrü bitib. Şeir artıq ədəbiyyat deyil! Səsdi.

-Roman yazırsan? Nə vaxt oxuya biləcəyik?

- Hə, yazıram. Üç illik qeydlərimi, gündəliklərimi, məktublarımı romana çevirirəm. Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qurğusundan istifadə edirəm. Hər kəs var o romanda. Çapını qışa düşünmüşəm.

-Eşitdiyimizə görə, universiteti atmısan. Səbəb nədir?

- AzMİU (Azərbaycan Memarlıq-İncəsənət Universiteti) mənim seçimim deyildi. Yorulmuşam. Həm də romanı tamamlamaq üçün bunu etməliydim.


- Roman nədən bəhs edir? Bir az məlumat verərdin. O necə bir romandı ki, ona görə universiteti atmısan?

-Roman xərçəng xəstəsinin gündəliklərini oxuyan bir yazıçıdan bəhs edir. Ədəbiyyatın insan taleyinə olan təsirindən yazmışam. Sevgi mövzusu və dedektiv detallar da var. Fikrimi toplamaq lazım idi. İşdən də, universitetdən də çıxdım. İndi hər günün eyni saatlarında yazıram.

Romanın adını hələki "Lavandalı" düşünmüşəm. Ola bilər dəyişsin. Bilmirəm.


-"Yazıçının işi oxucunu qıcıqlandırıb onun diqqətini cəlb etməkdir” bu fikirlə razısan?

- Qətiyyən! Yazıçı mətn yazanda öz obrazları ilə qalır. Öz uydurduğu yalanın içində olur. Bu dünyadakı insanları necə düşünə bilər?! Elə adamlar mənim üçün yazıçı yox, eqoist ictimai mövqe tutmağa çalışanlardı. Ya da başqa bir adam. Amma yazıçı deyillər. Yazıçı sual verə bilər, yazıçı məqbul olanı qəbul etməyə bilər, yazıçı mühakimə də edər, amma bir toplumu qıcıqlandırmaq üçün yazmaq bir kişini özünə cəlb etmək istəyən ucuz fahişə misalına bənzəyir. Söz atır, özünü göstərir. Ki "nəsə olar”. Ömrü bir gecəlikdi belə şeylərin, boş ver.


-Bəzən pessimist statuslar paylaşırsan? Bu nə ilə bağlıdır?

- Bakıdan bezmişəm. Artıq bu şəhərin mənim olmadığını başa düşürəm. Tez-tez fotoaparatı götürüb Bakının, adamlarının şəkillərini çəkirəm. Sonra da baxıb yad bir ölkə kimi ora getməyə can atıram. Bakı ancaq şəkillərdən adama doğma görünür. Allah haqqı, əgər bu yaşda məni kimi gülərüz bir adamı bezdiribsə bu şəhər, sabah inqilab da edəcək. Ümidvaram.

-Orxan Pamuku daha çox sevirsən. Bəs bizim yazıçılardan kimləri sevirsən?

- Pamuk ən çox sevdiyim yazıçı deyil, ən çox oxuduğum yazıçıdı. Bunun da səbələri var. Öyrədə bilir, motivasiya verir, çox əclaf adamdı. İmtina etmək istəyəndə Pamukun müsahibəsini oxuyuram, bir də Pamukun reportajına baxıram.

İsa Muğannanı sevirəm. Peyğəmbərdi O. Müqəddəsdi. İsa Muğannanı Allahdan da çox istəyirəm.


-Sonda oxuculara nə söyləmək istərdin?

- Əgər doğurdan da dediyiniz kimi oxucularım varsa, hələ ki qəzetdəki esselərimi, şeirlərimi oxusunlar. Qışda onlara qəşəng bir roman oxumaq həzzi yaşadacağam.




Söhbətləşdi: Oğuz Ayvaz



İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK