Xoşqədəm mənə təzə ana tapdı - Ayxan Ayvaz yazır...

81905 | 2018-09-13 10:08


Xoşqədəm Hidayətqızının verilişinə böyük sevgi ilə tamaşa edənqohum-əqrəbalarıma baxanda Zaur Baxşəliyev yadıma düşdü. Taylı tayını taparaxı. Xoşqədəm və Zaurun adına hətta müasir dastan yazılmasının tərəfdarıyam. Gözəlbir ədəbi nümunənin ortaya çıxacağına şübhəm yoxdur.

Çoxdankı əhvalatı sizinləbölüşmək istəyirəm. Bir dəfə də bu haqda yazmışdım. Görünür, bu əhvalat mənimalın yazıma çevrilib. Siz burda bir gülüş işarəsi qoyun, keçək əhvalata...

Zaur Baxşəliyev bir dəfə məniağlamalı verilişinə dəvət etmişdi. Düzü, heç vaxt bu proqrama baxmamışdım. Mənədedilər ki, mövzu belə olacaq: "Gənc yazıçının faciəvi həyatı”. Televiziyayaçağırdılar, getdim, Zaur bəylə görüşdük. Məni xoş qarşıladı. İki mədəni insankimi yaxşıca söhbət elədik. Ordan çıxanda dedim ki, camaatın bu Zaurdan nəalıb-verə bilmədiyi var? Gül kimi oğlandı, mədəni, yerişini, oturuşunu-duruşunubilən biri.

Evə gəldim və bacı qardaşımabu xəbəri verib yekəxana pozda kresloda əyləşdim. Məni iki tərəfdən sorğu-sualatutdular. Nə verilişidir? Sən nədən danışacaqsan? Başqa qonaqlar olacaqmı?Onlara uzun-uzadı cavab verə bilmədim. İki-üç cümlə ilə yola verdim. Çünki özümdə hələ verilişin necə olacağını bilmirdim.

Həmin gün Youtube-də verlişitapıb baxdıq. İlahi, nə qədər edirəm, indi adını tapa bilmirəm o verilişin. Birhəzin musiqi yadımdadır, bir də adamların durmadan ağlaması. Dedim, yəqin Zaurbəyin verilişi bu deyil.

Verilişə bir gün qala Zaurunköməkçisi zəng elədi.

- Bacınızla qardaşınıza deyərsiniz,onlar da gəlsin.

- Niyə?

- Zaur bəy elə istədi.

- Yaxşı.

- Bir də ananızın gündəliyinivə gəlinliyini də gətirərsiniz...

- O niyə?

- Zaur bəy istədi.

- Başa düşmədim.

- Bacınız gəlinliyi tutubağlayacaq, qardaşınız gündəliyi oxuyub kövrək görkəm alacaq, siz də atanızdandanışıb göz yaşınızı siləcəksiniz.

- Nə?

- Zaur bəy istədi.

Əsəbiləşdim və telefondahəmin xanıma reytinqə görə ağlaşma qurmağın bizə yad olduğunu dedim.

- Biz üçümüz də pozitiv vəhəyat doluyuq. Ağlaşma üçün doğru ünvanda deyilsiniz.

Xanım nə qədər yalvarsa dafikrimdən dönmədim və verilişə getmədim.

Biz faciə yaşamışıq. Razıyam.Haqqımızda veriliş də hazırlamaq olar, hətta film də. Ancaq necə? Faciənindozasına daha da artırıb özünə reytinq qazanmaqla deyil, vicdanla, dürüstcə.

Zaur və Xoşqədəm. Ağlaşmaquran ikilik. Yenə deyirəm: gözəl müasir dastan nümunəsidirlər. Mən özətrafıma, qohum-əqrəbama heç cür başa sala bilmədim ki, Xoşqədəm səhnə qurub vəinsanları da o səhnədə oynadır.

Zaur bu tərəfdən insanlarınduyğuları ilə oynasın, Xoşqədəm də o biri tərəfdə. Hələ üstəlik özlərini bütünbunlara görə qəhrəman elan eləsinlər. Səbəb də nə olsa yaxşıdır? Biz insanlarıbir-birinə qovuşdururuq, onların acısına ortaq oluruq.

Zaurun yadımdan çıxmışverilişinə getsəydim və onun dediyi kimi, bacımın anamın gəlinliyini tutubağlamasına, qardaşımın gündəliyi oxuyub göz yaşı tökməsinə razılıq versəydim indionun kefinə bir az da kef qatardım. Mənə hazırladığı oyunun içinə girərək onuvə ona aldanan milyonları xoşbəxt etmiş olacaqdım. Allah bilir, ondan sonraXoşqədəm də çıxıb mənə ayrı ata-ana tapıb ortaya çıxardacaqdı. Ondan sonra gəl budərdə döz də. Necə deyərlər, ölünü qoy, dirinə ağla.

Allah bizi manısların ümidinəqoymasın! "Amin” deyin, yazımın pərdəsini endirim!

TƏQVİM / ARXİV