adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Sentyabr 2018 18:42
9991
DÜNYA
A- A+

ABŞ İrandan 105 milyon dollara yaxın təzminat İSTƏYİR

ABŞ İrandan 1996-cı il terroruna görə milyonlarla dollar təzminat tələb edir.

Modern.azxəbər verir ki, Kolumbiya federal məhkəməsi İranın Səudiyyə Ərəbistanında "Khobar Towers” binasının partladılmasına görə 104,7 milyon dollar ödəməli olduğuna qərar verib.

Bu terror hadisəsi 1996-cı ilin iyunun 25-də Səudiyyə Ərəbistanında "Khobar Towers” binasının qarşısında partladıcı ilə dolu yük maşının partladılması nəticəsində baş verib. Bina əsasən ölkəyə köçürülmüş digər ölkələrin hərbçilərinin yerləşdirilməsi üçün istifadə edilib. Dəhşətli partlayış nəticəsində 19 ABŞ pilotu həyatını itirib, 400-ə yaxın hərbçi isə xəsarətlər alıb.

Partlayışı "Hizbullah” qruplaşması həyata keçirib. Terror üçün lazım olan partladıcının isə İslam İnqilabı Keşikçiləri Korpusunun "Hizbullah”la birgə bazasında hazırlandığı qeyd edilir.

Kolumbiya federal məhkəməsinin hakimi Beril Hovel partlayışdan sağ çıxmış 15 hərbçinin və ölənlərin yaxınlarının kompensasiya almalı olduqlarını bildirib.

"Reuters” agentliyi İranın məhkəmədə özünü müdafiə etmədiyini qeyd edib. Ümumiyyətlə İrana qarşı belə qərar ilk deyil. Bundan əvvəl 2001-ci ildə Virciniya məhkəməsi, 2007-ci ildə isə Vaşinqton məhkəməsi İranın zərərçəkmişlərə 254 milyon dollar ödəməli olduğuna qərar verib.

İran isə iki ölkə arasındakı əlaqələrin vəziyyətini nəzərə alaraq bu qərarları gözardı edir.

Qeyd edək ki, zərərçəkmişlər bu təzminatların ödənilməsi ilə əlaqədar yaranmış problemlərə görə dövlət tərəfindən maliyyələşən fond yaradıblar. Bu fonda isə pullar əsasən sanksiyaları pozmuş xarici banklardan cəlb olunur.

"The Washington Post” nəşrinin məlumatına görə hazırda bu fonda 1 milyard dollara qədər pul yığılıb.