adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Sentyabr 2018 17:52
10464
DÜNYA
A- A+

Bu dəmir yolları birləşdirilir

Seul və Pxenyan dəmir yollarının birləşdirilməsi üzərində işləyirlər.

Adalet.az-ın məlumatına görə, bunu Koreya Respublikasının ərazi, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Çjon Rel Vladivostokda keçirilən Beynəlxalq iqtisadi forumda çıxışı zamanı bəyan edib.

O qeyd edib: "Bizim ölkələrimiz dəmir yollarının birləşdirilməsi üzrə işləri yerinə yetirirlər. Hazırda bu layihə çərçivəsində birgə araşdırma aparılır, həmçinin Hasan-Racin məntəqəsində konkret iş görülüb".

Nazir, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya ilə birləşmiş dəmir yolları infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.