adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Sentyabr 2018 17:07
55510
AVTOMABİL
A- A+

Sürücülərin NƏZƏRİNƏ! Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Agentlik sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.