Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət Adalet.az | İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

18586    |   2018-09-11 15:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnternatda böyümüş, maşınyuyulan yerdə çalışan 26 yaşlı İbrahimi iş başında tapdım. Onunla söhbət, keçirdiyi internat həyatı mənə maraqlı gəldi.





Adalet.az saytı İbrahimlə söhbəti sizə təqdim edir.



- İbrahim, necə oldu internata düşdün?

- Maddi durumumuz çətin idi. Atam bizi atıb getmişdi, evdə üç uşaq idik. Mənim 6 yaşım vardı, qardaşlarımsa məndən böyük idi, ona görə də anam işləyə-işləyə mənə baxa bilmirdi. Məktəbə göndərməyə imkanları çatmırdı deyə məni internata qoydular.

- Atan sizi niyə atıb getdi?

- Atam indi də sağdı, sadəcə, mənim üçün ölüb. Qəzadan sonra havalandı, dəli oldu. Hər gün bizi döyürdü, söyürdü. Sonra da ayrılıq...

- Anandan soruşmusan ki, səni internata aparanda nə hisslər keçirib?

- Soruşmuşam. Anam savadsız qadındı, elə bizim özümüzün də savadımız yarımçıqdı. Yəni, elə bir cavab verməyib. Cavabı bu olub – kasıbçılıq, imkansızlıq...

- İnternata düşəndən sonra nə hiss edirdin?

- Həyatda tək olduğumu hiss elədim. İlk günlər çətin idi, ac qalmağın nə olduğunu bilmirdim. Evdə anamdan nəsə istəyəndə necə olur-olsun tapıb verirdi. Hətta internatda birinci gün uşaqlar çörəyimi əlimdən aldılar. Sonra yavaş-yavaş öyrəşməyə başladım. Məndə qisas hissi formalaşırdı. 5-ci sinifə qədər çətinlik çəkə-çəkə öyrəşdim. Ondan sonra öz uşaq hüquqlarımı öyrənməyə başladım. Amma əqli cəhətdən qüsurlu uşaqların içində olmamalıydım.

- Yəqin, sən də bilirsən ki, əqli cəhətdən qüsurlu uşaqların sağlam uşaqlarla bir yerdə təhsil alması mümkün deyil. Necə oldu ki, sənin kimi normal adamı o internata götürdülər?

- O vaxtlar uşaqlar az olduğuna görə məktəblər bağlanırdı deyə kimi gəldi götürürdülər. Bir dəfə yoxlama da gəlmişdi. Məni sual-cavab edəndən sonra dedilər ki, sən normal uşaqsan, burda nə işin var? Sonra məni otaqdan çıxardılar.

- Anan yanına gəlib-gedirdimi?

- Çox az hallarda.

- İnternatla bağlı pis xatirlərin hansılardır?

- Qışda soyuqdan üşüməyim... Elə olub, iki ay çimməmişik. Bir uşaq var idi, adı Ağa idi. Çox yeyən idi deyə məktəbin verdiyi yemək onu doydurmamışdı. O da yaxınlığımızdakı kafelərdən birinə qaçıb çörək istəmişdi. Müəllimlərimizi onu necə döyməyi hələ də yadımdadır.

- Heç olubmu ki, uşaqlardan hansınınsa xoşbəxtliyini görmüsən?

- Elnurə adlı qız var idi, birinci dəfə idi onu çox sevincli görürdüm. 2009-cu ildə Neft Akademiyasında terror baş vermişdi. Həmin ərəfədə məktəblərin mühafizə sistemini gücləndirirdilər. Bizim məktəbə də bir oğlan göndərmişdilər mühafizə üçün. Təsadüfən Elnurəni görən o oğlan qıza vurulmuşdu, Elnurə də həmçinin. Evlənməyə imkanları yox idi deyə TV-lərin birində evlənmə proqramına müraciət elədilər. Sağ olsunlar, onlar da bu iki internat uşağının toyunu da elədilər, cehizlərini də verdilər.

- Sizə də müəllimlərin müqəddəs olduğunu öyrədirdilər? Müəllimlər su içmir, yemək yemir, tualetə getmir.

- Açığı elə bir şey öyrətmirdilər, çünki hər hərəkətlərilə gözümüzün qabağındaydılar. Amma yadımdadır ki, Novruz bayramında internata göndərilən hədiyyə paketlərindən hərəsindən bir alma, bir şokolad götürüb nəvəsinə hədiyyə paketi düzəldirdi.

Bir Müzafəddin müəllim var idi. Hamı onu nümunəvi adam kimi tanısa da ölümündən sonra bu fikrimiz tamam dəyişdi. Yəni, onun gündəliyini otağından tapıb oxumuşdular. Sən demə, əqli cəhətdən qüsurlu qızları otağa salıb.... Nə isə... Fikirləşirəm ki, Müzafəddin müəllim də istisnalardan biridir.

- Bəs Vətən?

- Bizə Vətən anlayışı aşılanmayıb, üstəlik də içimdə elə bir sevgi yoxdur. Məni öz taleyim maraqlandırır. Şəhidlərimiz üçün də pis oluram ki, analarının gözü ağlar qalıb. Eləsi var ki, övladları yetim qalıb. Mən atasızlığı yaxşı bilirəm.

- Allaha olan inamını itirməmisən ki?

- Hardasa itirməmişəm, amma Allahdan küsmüşəm, incimişəm, yaşadığım taleyə görə.

- Yaxşı. De görüm internat sənə nəyi öyrətdi?

- Həyatın mənfi tərəflərini öyrənmişəm. Qəlbi qırıq insan necə olursa, bax elə də böyümüşəm. Ac qalmağı, ana-ata qayğısından məhrum olmağı, Müzafəddin müəllim kimi olmamağı öyrəndim. Çox çətindir, mən indi ailəmin yanındayam, amma elə uşaqlar var idi ki, kimsəsiz idi, internatdan çıxandan sonra gedəcəkləri bir kimsə yox idi. Nə bilim, hələ ki, elə bir siyahı tutmamışam.

- Başa düşdüyümə görə ananı tapmısan. İnternat həyatın və indiki həyatın bir-birindən fərqlənirmi? Ananı necə tapdın?

- Fərqlənir, hardasa anamın qayğısını görürəm, qardaşlarımın. Anamgilin rayonda qaldığını bilirdim, rayona gedib soruşa-soruşa tapmışam. Amma ümumən gördüyüm çətinliklər fərqlənmir, heç bir sənətə, ixtisasa yiyələnməmişəm deyə bu gün "moyka”da işləyirəm




İmza:Emin Akif

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

“Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir” - MÜSAHİBƏ

Azərbaycanlılar kitab oxumağı sevirlər... - Elman dayının müsahibəsi

İlham Əliyev Mirşahinə müsahibə verdi - VİDEO - YENİLƏNİB

Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir"

İlham Əliyev: “Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir” - MÜSAHİBƏ

Dünyada bizdəki qədər şeir yazan yoxdur... - MÜSAHİBƏ

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi

“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə

"Qorxuruq, iş gedib çıxa ATƏT-ə" - YUĞ-da direktor-rejissor çəkişməsi

Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə : "Bunlar hamısı boş şeylərdir"

SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK